Keşişdən ŞOK AÇIQLAMA: Bakı və İrəvan arasında heç bir danışıqlar yoxdur

“Ermənistanla Azərbaycan arasında heç bir danışıqlar mövcud deyil”.
Globalinfo.az xəbər verir ki, bunu erməni arxiyepiskop Baqrat Qalstanyan deyib.
“Bizim real danışıqlarımız yoxdur. Reallıq budur ki, bu kimi danışıqlar mövcud deyil və ya bəzi məsələlərlə bağlı dolayı xarakter daşıyır”.
ABŞ Dövlət Departamentinin çətin güzəştlərlə bağlı bəyanatına keşiş belə münasibət sərgiləyib.
“Azərbaycan tərəfindən hər hansı güzəştdən söhbət getmir, sadəcə Ermənistanın güzəştləri var. Bütün bunlar nə Ermənistanın, nə də erməni xalqının xeyrinədir. Bu, geosiyasi qərarlara yönəlib. Burada böyük dövlətlərin maraqları çox geniş miqyasda toqquşur. Söhbət Zəngəzur dəhlizindən gedir. İndi qərarlar kimin əlindədir? Ermənistanın? Xeyr, belə deyil. Əgər Ermənistan danışıqlar problemini həll edə bilmirsə, başqa məsələləri necə həll edəcək?” – deyə Qalstanyan vurğulayıb.