Moskvadan İrəvana sərt reaksiya: “Bu, Rusiya və İrana qarşıdır!”

“Qərb nümayəndələri Ermənistanı ilk növbədə Rusiya və İrana qarşı yönəlmiş müxtəlif qarşılıqlı fəaliyyət formatlarına cəlb edirlər”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
XİN rəsmisi “Eagle Partner 2024” Ermənistan-ABŞ təlimlərinin təəssüf doğurduğunu bildirib:
“Bu hərbi təlimlər sadəcə təəssüf hissi doğurur. Bütün bunlar İrəvanın KTMT-də iştirakını dondurması fonunda baş verir. Qərblilərin hansı “sülhməramlı” məqsədləri bəyan etməsindən asılı olmayaraq, əsas vəzifələri geosiyasi layihələr üçün tramplin yaratmaqdır. Amerikalıların Cənubi Qafqazda olması yalnız regional münaqişələrin potensialını artıracaq və yeni ayırıcı xətlər yaradacaq”.