Bia.Az

Azərbaycan sərhədindəki missiya nə edir? – Qaluzinin versiyası

Region
 12-07-2024, 10:37     477

“Qərb Avropa İttifaqının Ermənistandakı missiyası vasitəsi ilə Rusiya obyektləri haqqında kəşfiyyat məlumatları toplaya bilər”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

XİN rəsmisi missiyanın məlumatları birbaşa Brüsselə göndərdiyini bildirib:

“Aİ-nin fəaliyyəti göz qabağındadır. Bu, açıq şəkildə Rusiya, Türkiyə və İranın zərərinə regionda möhkəmlənmək cəhdidir. Hesabatları birbaşa Brüsselə göndərirlər, hətta erməni tərəfinə də təqdim etmirlər. Aprel ayında missiyanın tərkibinə kanadalı nümayəndələr də qatıldı. İrəvanın razılığı ilə missiya nəinki genişlənir, həmçinin qalma müddəti də artır. Rusiya buna görə narahatdır”.скачать dle 12.1