Əsgərlərimiz sərhədə “dəvələr”lə daşınır – Zarokyan təəccüb içində

“Global Firepower” saytının məlumatına görə, 2024-cü ildə Azərbaycanda 29 312, Ermənistanda isə cəmi 736 zirehli texnika var”.
Globalinfo.az xəbər verir ki, bunu İrəvan Ağsaqqallar Şurasının “Milli Tərəqqi” fraksiyasının üzvü Pedro Zarokyan deyib.
O, orduda reformların aparılmasına və gücləndirmə prosesinin başlanmasına çağırış edib.
“Sərhədlərimiz üçün zirehli texnikamız olmadığı halda niyə bürokratlara təzə maşınlar almaqdan ötrü pul xərcləyirik? Niyə əsgərlərimiz müdafiəsi zəif “dəvələr”də sərhədlərimizə daşınır?”, – Zarokyan bildirib.