Bia.Az

Zelenskinin aradan götürülməsi barədə qərar verilib – Medvedev

Region
 19-04-2024, 12:57     227

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukrayna Prezidenti Volodimir Zelenskiyə qarşı sui-qəsd hazırlığı ilə bağlı xəbərləri şərh edərkən “Qərbin Kiyev rejiminin rəhbərini aradan götürmək” qərarına gəldiyini iddia edib.

Globalinfo.az xəbər verir ki, Medvedev bu fikirləri Teleqram kanalında yazıb.

O qeyd edib ki, Zelenskinin bu cür mesajlardan sonra “ciddi şəkildə təşvişə düşməsi” üçün əsas var:

“Çox güman ki, bu, Qərbin onu aradan götürmək qərarına gəldiyinin ilk sübutudur”.

Qeyd edək ki, bir qədər əvvəl Polşada Volodimir Zelenskiyə sui-qəsd hazırlamaqda şübhəli bilinən şəxs saxlanılıb.скачать dle 12.1