Bia.Az

Putini Qarabağla bağlı ən çox təəccübləndirən hadisə…

Region
 19-04-2024, 01:55     274

Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin sülhməramlıların Qarabağı tərk etməsinə münasibət bildirib. O bunun səbəbini Ermənistan Baş naziri Nikol Paşinyanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasında gördüyünü bildirib.

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Oqtay Qasımov deyib ki, Paşinyanın Qarabağı Azərbaycan ərazisi kimi tanıması Rusiya üçün gözlənilməz oldu:

“Bu bəyanat ilk dəfə 2022-ci il Praqa görüşündən sonra səsləndirildi. 2023-cü ilin may ayında Brüssel görüşündən sonra da eyni fikirlərlə çıxış etdi: Azərbaycanın ərazi bütövlüyünü 86.6 min kvadrat km, Qarabağ və anklavlarda daxil olmaqla tanıdığını bildirdi. Onun bu addımı Rusiya Prezidenti Vladimir Putini də təəccübləndirmişdi.

Paşinyanın 2023-cü il çıxışından sonra Qarabağda erməni əhali yaşayırdı. Onlar həmin ilin sentyabrında baş verən antiterror əməliyyatlarından sonra Fransa və Ermənistanın planlarına uyğun olaraq ərazilərimizi tərk etdilər”.

Oqtay Qasımov bildirib ki, köçən əhalinin sayı şişirdilməklə bərabər, onların əhəmiyyətli hissəsi Birinci Qarabağ müharibəsindən sonra oraya yerləşdirilmiş, Ermənistan və Yaxın Şərqdən gəlmiş ermənilər idi:

“Həmin şəxslərin bölgədə qalması mümkün deyildi. Rusiya sülhməramlılarının əsas missiyası da Qarabağda yaşayan erməni əhalinin  təhlükəsizliyinin təminatçısı olmaq idi. Antiterror əməliyyatlarından keçən 6 ay müddətində sülhməramlılar Qarabağda qurduqları 25 postdan 15-ni ləğv etmişdilər, çünki ehtiyac yox idi”.

Politoloq sülhməramlıların bölgəni tərk etməsinin iki tərəf arasında əldə edilən razılaşmaya uyğun həyata keçirildiyini xatırladıb:

“Əsas səbəb isə Rusiya sülhməramlılarının bundan sonra bölgədə edə biləcəyi işin olmamasıdır. Üçtərəfli bəyanatda bu müddət 2025-ci ilin noyabr ayına kimi nəzərdə tutulsa da, artıq bölgədə hansısa təhdid, ayırıcı xətlər olmadığından, erməni əhalinin könüllü şəkildə bölgədən getməsinə görə sülhməramlıların missiyası başa çatdı”.скачать dle 12.1