Bia.Az

“Dənizdən-dənizə böyük Ermənistan” qayəsi: - İllərlə erməniləri uyudublar

Region
 19-04-2024, 01:26     232

Ermənistanın Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyasından imtina etməsi Cənubi Qafqazda yeni eskalasiyaya səbəb olacaq.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Tavuş vilayətinin Kirants kəndinin sakinləri ilə görüşündə deyib.
"Əgər biz delimitasiya və demarkasiya ilə bağlı addımlar atmasaq, mən zəmanət verirəm ki, bölgəmizdə daha bir partlayış baş verəcək", - Paşinyan bildirib.

Ermənistanın Baş Nazirinin fikirlərinə münasibət bildirən politoloq Natiq Miri “Sherg.az”a söyləyib ki, Paşinyan son zamanlar erməni cəmiyyətinə mövcud məsələlərə qarşı mifik yalanlarla deyil, reallıqlarla yanaşmağı təklif edir:


“Erməni xalqı indiyə qədər mifik yalanlar kontekstində istismar olunub. Erməni lobbisi Qondarma “erməni soyqırımı” vasitəsilə milyardlar qazanc gətirən sanayeni istismar edir. Eyni zamanda onların, yalançı ərazi məsələləri mövcuddur. “Dənizdən-dənizə böyük Ermənistan” qayəsi altında illərlə erməniləri uyudublar. Paşinyan bu cür yuxudan erməni xalqına ayılmağı tövsiyə görür. Bu gün revanşist qüvvələrlə Paşinyan höküməti arasında erməni ictimai rəyi uğrunda mübarizə gedir. Nikol Paşinyan həqiqətləri təklif etdiyi halda, müxalif qüvvələr müxtəlif qlobal şəbəkələrin geosiya aləti olaraq böhtan və yalanlarla erməni xalqını aldatmağa çalışır. Həmçinin həmin qüvvələr Paşinyan hökumətini devirməklə yenidən hakimiyyətə gəlmək istəyirlər”.

Ekspert vurğulayıb ki, Ermənistan 50 metr yaxınlığında olan Azərbaycanla dost ola bilər:


“Yəni Nikol Paşinyan xalqa bunu başa salmağa çalışır. Dost olmaq sülh müqaviləsi imzalamaqdır. Sülh sazişi isə əməkdaşlıq, ticarət, qazanc, yaşayış təminatını düzəltmək və inkişaf deməkdir. Erməni cəmiyyəti yenidən mifik yalanlarla yuxuya gedib, itki vermək istəsə, öz seçimlərini etmiş olacaqlar. Erməni xalqı verdiyi qərarın nəticəsinə qatlanacaq”.
скачать dle 12.1