Bia.Az

Erməni mediası Rusiya sülhməramlılarının gedişi haqda yazdı

Region
 17-04-2024, 12:42     175

Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması mərhələli şəkildə həyata keçirilir.

Musavat.com-un məlumatına görə, bu barədə erməni mediası xəbər yayıb.

“Ermənistan xəbərləri” - NEWS.am yazır ki, diplomatik mənbə Azərbaycan mətbuatının Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasına başlaması ilə bağlı xəbərlərini təsdiqləyib.

“Kontingentin çıxarılması eşelonla Dağıstan vasitəsilə həyata keçirilir”, - diplomatik mənbə bildirib. Yekun geri çəkilmə vaxtı hələ açıqlanmayıb. Xəbərdə həmçinin qeyd olunub ki, Azərbaycan KİV-nin məlumatına görə, sülhməramlılar artıq Xudavəng kompleksini tərk ediblər.

O da vurğulanır ki, nə Moskva, nə də Bakı Rusiya sülhməramlı kontingentinin geri çəkildiyini rəsmən açıqlamayıb.скачать dle 12.1