Bia.Az

Ermənistan azərbaycanlı uşaqları öldürməyə davam edir – Açıqlama

Region
 5-04-2024, 11:34     295

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X sosial şəbəkə hesabında yazıb ki, Ermənistanın mina terrorunun qurbanları arasında uşaqlar da var.

Azərbaycan məsələ ilə bağlı hansı hüquqi prosedurlara başlaya bilər?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Milli Məclisin deputatı Tahir Rzayev deyib ki, müharibədən sonrakı dövrdə mina qurbanlarının sayı 350 nəfərə çatıb:

“Onların çoxu dünyasını dəyişib, bir qismi isə xəsarətlər alıb. İki gün əvvəl Tərtər rayonunun Çaylı kəndi ərazisində baş verən mina partlayışı nəticəsində 3 nəfər ağır xəsarət aldı. Mina qurbanlarının arasında uşaqlar da var. Biz 44 günlük müharibədən əvvəl də həmin halların şahidi olurduq. Onda da beynəlxalq aləm susurdu. Azərbaycan dəfələrlə beynəlxalq təşkilatlara müraciət edib. Ermənistandan mina xəritələrini istəyib. Lakin bu çağırışlar cavabsız qaldı”.

Tahir Rzayev qeyd edib ki, bütün cinayətkarlar qanun qarşısında cavab verəcəklər:

“Mina terroru nəticəsində həlak olanların, yaralananların taleyi dövlətin diqqətindədir. Səbəbkarlar araşdırılır, əldə əsaslı faktlar var, axtarışlar gedir, tədqiqatlar aparılır”.

Hüquqşünas Fərhad Mehdiyev isə deyib ki, bununla bağlı həm AİHM-ə, həm də Aparteid Konvensiyasına əsasən Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edilməlidir:

“Ermənistanda mina xəritələrinin mövcud olduğu bəllidir. Minaların basdırıldığı ərazilər burada qeyd olunub. Bu xəritələr ermənilərin lazım gəldikdə həmin minaları çıxartmasına, hansı hissələrin riskli olub-olmadığını bilmək üçün vacibdir”.скачать dle 12.1