Bia.Az

Simonyanın paylaşdığı xəritə Ermənistanı qarışdırdı: Azərbaycanla bağlı şok detal

Region
 5-04-2024, 01:56     280

Ermənistan parlamentinin spikeri Alen Simonyanın öz Teleqram səhifəsində etdiyi paylaşımı sonradan silməsi erməni cəmiyyəti tərəfindən birmənalı qarşılanmayıb.

Globalinfo.az xəbər verir ki, Simonyan öncə Ermənistanın xəritəsini dərc etsə də sonradan onu silib və Qazaxın  anklavlarının Azərbaycan ərazisi olduğunu göstərən başqa xəritə paylaşıb.

Heç bir ərazi, heç bir qəsəbə, heç bir kənd, bir metr Ermənistan ərazisi belə təhvil verilə bilməz. Bu, müzakirə olunmur. Alen Simonyan öz Teleqram səhifəsində Ermənistan ərazisini əks etdirən xəritəni dərc edərək bu sözləri yazıb. Lakin bir neçə dəqiqə sonra o, həmin postu redaktə edib və əvvəlkindən fərqli olaraq başqa xəritə dərc edib. Hansı ki, Simonyanın paylaşdığı həmin xəritədə Tavuş və Ararat (Vedi) bölgələrindəki ərazilər Azərbaycan anklavları kimi göstərilib.
скачать dle 12.1