Bia.Az

Bu, Ermənistan üçün intihar deməkdir” – Manaseryan

Region
 5-04-2024, 01:54     280

“Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv olmaqdan imtina etsə bu, Ermənistan üçün iqtisadi intihar olacaq”.

Globalinfo.az xəbər verir ki, bunu Alternativ Araşdırmalar Mərkəzinin rəhbəri Tatul Manaseryan deyib.

O bildirib ki, Ermənistan indiyə qədər həm Aİİ, həm Avropa İttifaqı, həm də Çin və ərəb ölkələri ilə ticarət-iqtisadi əlaqələrini inkişaf etdirib.
“Hakimiyyət özü də bu gün Aİİ-yə alternativ olmadığını bəyan edir. Aydındır ki, Ermənistan Aİİ-yə üzvlükdən və ya inteqrasiya proseslərindən imtina etsə, bu, iqtisadi baxımdan intihar demək olacaq. Həm ərzaq, həm də enerji və maliyyə təhlükəsizliyi baxımından çox ciddi problemlər yaranacaq. Odur ki, Ermənistanın gələcəyi bütün ölkələrlə yaxşı münasibətlərdən asılıdır”, – deyə Manaseryan vurğulayıb.скачать dle 12.1