Bia.Az

ETİMAD - məsuliyyət deməkdir

KÖŞƏ YAZARLARI
 1-12-2021, 01:24     1 914

Elxas COMƏRD

ETİMAD - məsuliyyət deməkdir.
ETİMAD - arxayınçılıq, özbaşınalıq, qudurğanlıq deyil.
ETİMAD - təyin edildiyin sahəyə, rəhbərlik etdiyin kollektivinlə sakinlərin, vətəndaşların xidmətində durmaq deməkdir.
Son bir neçə ayda  dövlət başçısının bu günə qədər baş verən, illər öncədən, dönə - dönə tapşırıb, xəbərdarlıq  etdiyi icra hakimiyyətinin başçıları, əfsuslar olsun ki, havadarlarının güvəncindən sui-istifadə edərək, ona  göstərilən ETİMADın, ikinci  variantını seçdilər. Nəticədə göz qabağındadı...
Bəlkədə burada,  başqa  bir səbəbə nəzər  salsaq  yerinə düşər. Hakimiyyətə gəlmə və ya gətirilmədə  mühüm rol oynayan, tanışlıq, qohumbazlıq, adamın, adamı olmaq, deyilənlərə görə, rüşvətlə vəzifəyyəyə təyin edilmədir, düşünsək, hər şey aydın görünər. Deməli, bu günün reallığında başverənlər, yuxarıdakı amillərin doğruluğun özündə əks etdirir.
Özüdə bu başçıların böyük əksəriyyəti, dövlət başçısının sərəncamı ilə yerləri, bir rayondan başqa bir rayona dəyişdiriləndi...
Görəsən onların həmin vəzifəyə təyin edilməsi üçün, təqdimatın hazırlayıb dövlət başçısına  təqdim edəndə, hansı keyfiyyətlərin, bacarıqların ortaya qoymuşdular?
Və yaxudda, onların yerlərinin dəyişdirilməsi zamanı, etimad göstərildiyi müddətdə gördüyü hansı nümunəvi işləri, önə çəkilib prezidentə çatdırılmışdı?
Təkcə SƏDAQƏTİMİ....?
Yoxsa, SƏDAQƏTdən sui-istifadə edib, DƏLƏDUZLUĞ  bacarığımı...?
SƏDAQƏT - köləliyin, buyruq Qulu olmanın təməlidir.
SƏDAQƏT - heç vaxt, MƏSULİYYƏT yaratmayıb.
SƏDAQƏT - həmişə sonda xəyanətə gətirib çıxarıb.
Çünki, SƏDAQƏT- elə, o aya, vətənə, ataya, anaya, ailəyə, sevgiyə olur.
Əgər SƏDAQƏT - şəxsədirsə, o mütləq köləliyə gətirib çıxarır, köləliyə öyrədilmiş adam hər fürsətdə xəyanətə yol verir.
Deməli  təyinatda, etimadın ən önəmli vasitəsi, MƏSULİYYƏTDİR.
Bu gün, süfrə qırağından pay götürüb, bunun müqabilində öz SƏDAQƏT in nümayiş etdirənlər, yarındığın göstərib, "yıxılana balta" vuranlar qədər, bu hakimiyyət, cəmiyyət üçün təhlükəli heç kim ola bilməz. İndi hamsı, aldığı payın müqabilində, tutulan icra başçılarının qudurğanlığından, ona etimad edənə sədaqətsizliyindən, ağızları köpüklənə-köpüklənə danışırlar. Yarınmaqların göstərmək üçün özlərinə əl qatıblar, şüvən qoparıblar. Amma olan olub, edilən edilib. Heç olmasa onlar, yerdəyişmələr olanda, bu barədə danışmalıydı. Axı, riyaziyyatda belə bir tərif var. TOPLANANLARIN  YERİN  DƏYİŞDİKDƏ,  CƏM  DƏYİŞMİR. Bunu idarəetməyə tətbiq etsək, VƏZİFƏLİLƏRİN (BAŞÇILARIN) YERİNİ  DƏYİŞDİKDƏ,  MƏSULİYYƏTLİ  İDARƏETMƏ  DƏYİŞMİR.
 Bütün bunlar,  dörd ayda, dörd icra başçısının xəyanətinə  görə, ətrafıyla bərabər həbs edilməsi, onu göstərir ki, şəxsin məsuliyyəti olmasa, başqalarını da bundan sonra eyni aqibət gözləyir. Bu icra başçılarından, illər idi ki, sakinlərdən minlərlə şikayət  məktubları gəlirdi, sosial şəbəkələrdə biyabırçılıqlar paylaşılırdı, onların vəzifələrindən sui-istifadə edib, dəyəri  milyonlarla ölçülən sərvətlər, mülklər, şirkətlər sahibi olduqları söylənilirdi, övladlarının qudurğan həyat tərzləri nümayiş edilirdi, torpaqlarımız uğrunda şəhid olanların ailələrinə, sağlamlığın torpaq uğrunda müharibədə itirmişlərə sayğısızlığdan bəhs edilirdi, bunlar haqqında nə hüquq mühafizə orqanları, nədə ki, aidiyyatı qurumların başçıları ölçü götürmək barədə cəsarətləri çatmırdı. Deyilən və söylənilənlər görə, dövlət başçısı, bundan sonrada bu işi davam etdirib, bu kimi əməl sahiblərin bir-bir sıradan çıxardacaq və laiq olduğları məsuliyyətə cəlb etdirəcək.
Amma yenə bir şeyi unutmamalıyıq. ETMADIN yaratdığı MƏSULİYYƏT heç olmasa bundan sonra SƏDAQƏTLƏ əvəzlənməsin. Çünki, MƏSULİYYƏTİN kökündə SƏDAQƏTdə  var. Məsuliyyət olmayan yerdə, sədaqətin sonu xəyanətə gətirib çıxarır, necəki çıxarıb....
скачать dle 12.1