Bia.Az

Azad mühit təşnəsi

KÖŞƏ YAZARLARI
 17-11-2021, 14:18     1 920

Azər Qasımlı

1990-cı illərdə Azərbaycan müstəqil və demokratik olmaq istədi – cəzalandırıldı, torpaqlarımız işğal olundu.

Saakaşvili Gürcüstanda demokratik islahatlar apardı, ölkəsini daha müstəqil etmək istədi – cəzalandırıldı, Gürcüstan torpaqlarını itirdi.


Paşinyan Ermənistanı Rusiyanın təsirindən çıxarıb demokratik islahatlar aparmağa başladı – cəzalandırıldı (Qarabağ məsələsində səhvləri də oldu).

Cənubi Qafqazda ölkələri və xalqları dünən də bir-biri ilə vuruşdururdular, bu gün də vuruşdururlar.

Qarabağ Azərbaycan ərazisidir və onun uğrunda apardığımız müharibə ədalətli müharibədir. Lakin başqa ölkələrin oyununda iştirak etmək bizim milli maraqlarımıza uyğun deyil. Ermənistan-Azərbaycan sərhədində baş verənlər ölkəmizi və xalqımızı böyük bir uçuruma apara bilər. Öz hakimiyyətlərini möhkəmlətmək istəyən iqtidarlar bölgəni avtoritarlığa və milli ədavət xaosuna sürükləyirlər. Azərbaycan insanına ədalətli cəmiyyət, rifah və inkişafı üçün azad mühit lazımdır. Bunları təmin edə bilməyən və bunlara qarşı yönələn siyasət və davranışlar xalqımızın maraqlarına uyğun deyil.
скачать dle 12.1