Bia.Az

ÖZÜMÜZ ÖZÜMÜZƏ BƏLA ...

KÖŞƏ YAZARLARI
 27-02-2021, 00:48     879

Rüstəm ZAİDOGLU

Hər bir dövlətin, millətin gələcəyi onun sağlam gəncliyinin üzərində qurulub. Gənclik nə qədər təhsilli, savadlı və sağlam olarsa, həmin ölkənin gələcəyi bir o qədər parlaq olar. Çox təəssüflər olsunki, hazırki, günümüzdə gəncliyimizi zəhərləyən, onları pis vərdişlərə yönəldən qruplar var. Narkotik tacirlərinin qayəsi gəncləri yoldan çıxararaq onları pis vərdişlərə yiyələndirməkdir. Rəsmi məlumatlara görə Azərbaycan Narkoloji Dispanserində qeydiyyatda olanların sayı təxminən 35 min nəfərə yaxındır. Qeyri rəsmi rəqəmlər isə bundan qat qat çoxdur.

 Narkotik istifadəçilərinin, əsasən, 50 faizi heroin, sintetik heroin (kakos), tiryəkdən istifadə edir. Son illərdə isə opioidlərdən istifadə edənlərin ümumi faizi azalıb. Anfetamin və metamfetamin istifadəçilərinin sayı isə çoxalmağa başlayıb. Narkotik istifadəçiləri iynələrdən çox dərman atmağa üstünlük verirlər. Son illərdə narkotikin təsiri ilə kobud psixi halların sayı artıb. Bunu da səbəbi sintetik narkotik maddələrin istifadə edilməsidir. Yüksək gəlir gətirən narkotik vasitələrin dövriyyəsi zaman zaman ən yüksək inkişaf etmiş ölkələr belə daxil olmaqla bütün bəşəriyyətin bəlasına çevrilmişdir. Bir insanı ölümə sürükləyən bu vasitələrin yayılmasına şərait yaradan insanlar bir başa xalq düşmənidirlər.

 Valideynlərin zülm zillətlə böyüdərək gözəl günlərini görmək istədiyi övladlarını uçuruma sürükləyən bu qruplarla bütün cəmiyyət olaraq mübarizə aparmaq lazımdır. Polisə, DTX-ya və digər hüquq mühafizə orqanlarına narkotiklərlə mübarizədə dəstək olmaq hər bir vətəndaşın borcudur. Narkomaniya əleyhinə bütün tədbirlərdə iştirak edərək, bu maddələrin zərərlərini hər bir vətəndaşımıza çatdırmaq lazımdır. Aludəçisi olan insanların geri dönüşü yoxdur. Aludəçi öz əlləri ilə ALLAHın ona bəxş etdiyi həyatını zəhərə çevirir, həyatını qısaldır. Növbə bizim övladlara çatmasın deyə birləşərək ciddi mübarizə aparmaq lazımdır.скачать dle 12.1