Bia.Az

ONUN BAŞINA QARA TORBA KEÇİRİN!

KÖŞƏ YAZARLARI
 3-01-2021, 22:01     361

Müharibə vaxtı gizlənməyə siçan deşiyi axtaran, tülkü kimi koldan-kola atlayan separatçı lider Araik Arutunyanın dili yenə bir qarış olub. Rusiya sülhməramlıları onun dərisi iki qəpiyə dəyməyən vücudunu Azərbaycan Ordusunun əlindən alandan sonra təkrar dil açıb. Əsl erməni xislətidir: xirtdəyi başqasının əlində olanda tülkü kimi dil çıxarıb yalvarır, canını qurtaranda isə yoncalıqdan çıxmış dana kimi böyürür…

Araik iti sosial şəbəkə hesabında yeni şəkil paylaşıb. Belə anlaşılır ki, Dağlıq Qarabağın sülhməramlıların nəzarətində olan hissəsində səngər qazırlar. Depressiyada olan erməni cəmiyyətini ovundurmaq üçün iddialı bəyanat da verib: “Yeni, müasir ordu yaradacağıq!”
Ay sən öləsən!
Yeni, müasir ordunu hansı pulla yaradacaqsan? Tutaq ki, bacın Kim Kardaşyanın hesabına Avropanın pullu kişilərindən 5-10 dollar topladın. Aldığın silahları Dağlıq Qarabağa necə gətirəcəksən? Bu qələti edərkən o gözəl dronumun bir andaca başının üstünü almayacağını hardan bilirsən? Şalvarını batırdığın günləri nə tez unutdun?
Milçək bir şey deyil, amma könül bulandırır. Bu yaramaz Araik də it kimi hürüb milçək kimi könül bulandırmaqla məşğuldur. Onun ağzını birdəfəlik yummaq lazımdır!
Prezident İlham Əliyev işğalçı ordunun Qarabağdakı tör-töküntüləriylə bağlı Azərbaycanın mövqeyini konkret ifadə edib: “Onlar müharibə əsiri sayıla bilməz, terrorçudurlar!”
Terrorçu ilə onların öz dilində danışmaq lazımdır. Araik Arutunyanı və tərəfdarlarını cəzalandırmaq üçün yetərli hüquqi baza mövcuddur. Azərbaycanın hüquq mühafizə orqanları bu terrorçular barədə cinayət işi açıb. Onların yaxalanıb istintaqa təhvil verilməsi üçün hazırda əməliyyat-axtarış tədbirləri davam edir. Bir halda ki, özü şəkil çəkdirərək yerini bəlli edib, çox gözləməyə lüzum yoxdur. Dərhal o terrorçunun başına qara torba keçirib ədalət məhkəməsində cavab verməsini təmin etmək lazımdır.
Şükür, bizim DTX bu işi yaxşı bacarır…
Ellikcə qara maskalı oğlandan xəbər gözləyirik.
Çox keçməz, sevindirər bizi…скачать dle 12.1