Bia.Az

BU GÜN – QİSAS GÜNÜDÜR!

KÖŞƏ YAZARLARI
 18-07-2020, 17:44     1 192

Müharibə və ya müharibə şəraiti adi vaxtlardan fərqli olaraq dövlətdən, onun vətəndaşlarından həmin şəraitə uyğun davranış tələb edir. 30 ildən artıqdır müharibə vəziyyətində yaşamağımıza baxmayaraq, biz, hələ də bunun fərqində deyilik. Təkcə dünənki hadisə bizim istənilən vaxt hansısa qara qüvvələrin təhriki ilə asanlıqla çərçivədən çıxmağımızın, təxribata uymağımızın, məqsəddən uzaqlaşmağımızın, əsas hədəfdən yayınmağımızın bariz nümunəsidir.

Onminlərlə insan ordu ilə, polislə bir yerdə olmaq, bu ağır vaxtlarda dövlətinə sahib çıxmaq istəyi ilə meydanlara axışır və saatlarla dinc şəraitdə davam edən yürüş-mitinq qəfildən axarını dəyişir və bir kəsim aksiya iştirakçısı parlamentin binasına girir, başqa bir qrup isə polis maşınını çevirir. Arada gəzən provokatorlar qızışdırıcı, yönləndirici şüarlar səsləndirir, hətta Müdafiə Nazirliyinə doğru yürüş etmək kimi qorxulu şüarlar irəli sürürlər. Əlbəttə, bu təxribatları öz şəhidlərinin müdafiəsinə qalxan, ordusu ilə həmrəy olduğunu bildirmək məqsədi ilə yürüşə çıxan on minlərlə insanın ünvanına yazmaq ədalətsizlik olar. Nə gözəl ki, bu təxribatların qarşısı polisdən əvvəl elə o yürüşdə iştirak edən insanlar tərəfindən alındı, polislə xalq arasında qarşıdurmalar yaranmadı.

Bundan sonrası hüquq-mühafizə orqanlarının işidir və yəqin ki, peşəkarlar bu təxribatların kim tərəfindən, nə məqsədlə törədildiyini araşdıracaq, bu arada səmimi yanılan, emosiya ilə hərəkət edən, aqresiyasını gizlədə bilməyən sadə insanların hərəkətlərindən doğan addımların qərəzsiz olduğunu görüb, onlara qarşı cəza tədbirlərinə əl atmayacaq. Niyə də atmalıdr, adam dövlətinin ona, onun da öz dövlətinə güvənməsini, şəhdinin qanının yerdə qalmamasını, düşmənə layiqli cavab verilməsini, namus məsələsi olan Qarabağ məsələsində canıyla, qanıyla iştirakını istəmiş, millətimizin boynuna yazdırılan bu qara ləkənin götürülməsi üçün özünü qurban verməyə hazır olduğunu bəyan etmişdir.

Kimsə iqtidara xoş gəlməsi üçün dünən baş verən hadisədən yararlanmamalı, ağzı köpüklənə-köpüklənə xalqa qaragürüh damğası yapışdırmamalı, əksinə, bu coşqulu aksiyanın xalqla dövlət və onun atributları arasında vəhdət halında olmasını qabartmalıdır.

Unutmaq lazım deyil ki, həm daxildə, həm də xaricdə birliyimizi sarsıtmaq, siyasi institutlarımızı sıradan çıxarmaq, suverenliyimizi, millətin qanı bahasına əldə edilən istiqlalımızı təhdid etmək istəyən qüvvələr var və yanlış, pozucu hərəkətlər həmin mənfur qüvvələrə ipucu verməkdən başqa bir şey deyil. Biz bu gün şəhidlərimizin qisası, məkrli erməni siyasətinin iç üzünün dünyaya çatdırılması, ütülü özünü müdafiədən cəsarətli hücum taktikasına keçmək haqda qərarlar verməliyik. Bu gün ayır-buyur, bir birindən hesab çəkmək, hətta haqlı narazılıqlarımızı ortaya qoymaq günü deyil. Bu gün Qarabağın qisası günüdür və hər kəs bu müqəddəs işə səfərbər olmalıdır. Dövlət yönətimi xalqa arxa çevirmək siyasətindən xalqla bir olmaq syasətinə dönməli, dağıdıcı, sömürücü, korrupsiyalaşmış məmur korpusunun dizdən saldığı xalqına sahib çıxmalı, ac-yalavac buraxılan, sosial-iqtisadi ehtiyaclar içində çabalayan vətəndaşlarına atalıq etməli, əvvəllər olduğu kimi bir qrup oliqarxın deyil, ən çətin anda ona dayaq olan, nəfəs verən, onu yenilməz gücə çevirən xalqın yanında olmalı, onunla nəfəs almalıdır.

Varmı elə bir xalq ki, min bir ağrı-acı içində, pandemiyanın hər evi ölümlə, iqtisadi sarsıntılarla üz-üzə qoyduğu şəraitdə, gündəlik zəruri qida ilə sınağa çəkildiyi vaxtda hər cür fərdi istəyini, ailə ehtiyaclarını, qudurğan məmurların haqqını yediyini unudub, dövləti ilə həmrəylik nümayiş etdirsin, azğın düşmənə qarşı könüllü səfərbər olsun?!

Bu, nəcib, sadə, geniş ürəkli olmasından başına olmazın müsibətləri gətirilən bizim xalqımızdır.

Dünənki şüarların ana xəttini də “Ali Baş Komandan əmr et, biz döyüşə hazırıq” şüarları təşkil edirdi. Demək ki, xalqına güvənmək gərək. Siyasi iradə, peşəkar diplomatiya, hərbi hücum, arxasında xalq gücü duran qüdrətli ordu qarşısında durmaq it qorxağı soysuz ermənin işi deyil.


BİA.azскачать dle 12.1