Bia.Az

"Siyasi leksikonumuzdan “Dağlıq Qarabağ” və “münaqişə” məhfumlarını birdəfəlik çıxarmalıyıq"

KÖŞƏ YAZARLARI
 13-07-2020, 08:45     1 254

Sultan Laçın

"Bunları işlətməklə məhz Kreml siyasətinin “dəyirmanı”na su tökürük...

3 cümlə ilə bir "quş"...
Dəfələrlə yazırıq ki, Azərbaycan torpaqlarının faktiki işğalıyla nəticələnmiş 1988-ci ildən başlanan prosesi “Ermənistan-Azərbaycan- Dağlıq Qarabağ münaqişəsi” adlandırmaq yanlışdır - bununla biz özümüz dolayısıyla öz hüquqi-tarixi torpağımızın “münaqişəli olmasını” ermənilər üçün “təsdiqləyirik”...

Məhz bu səbəbdən də işğalçı və separatçı ermənilərin ayağı yer alır və 3 gündən bir nəinki Qarabağı qaytarmaqdan, üstəlik, keçmiş “Şaumyan rayonu”, eləcə də keçmiş Ağdərə rayonunun, Xocavənd rayonunun nəzarətimizdə olan kəndlərinin “Azərbaycan tərəfindən işğal altında saxlanması” iddiasıyla dünyaya car çəkirlər, bəyanatlar verirlər...

Ancaq 1991-ci ildən adı ilə bağlı olan muxtariyyət statusu müstəqil Azərbaycan Respublikasının parlamenti tərəfindən ləğv olunmuş “Dağlıq Qarabağ” və “münaqişə” məfhumlarını işlətməsək, əvəzində sadəcə, amma qəti şəkildə “Azərbaycan torpaqlarının Ermənistan işğalı altında qalan 20 faizi azad edilməlidir” desək, düşmən də anlayar ki, biz həmin ərazinin bizim olmasına şübhə etmirik və yalnız torpaqları təhvil verdikdən sonra hansı status, muxtariyyət məsələsindən danışmaq və onun adını “Yuxarı” , ya da “Dağlıq”qoymaq olar...

P.S. “Dağlıq Qarabağ” söz birləşməsi 1920-ci illərdə bolşevik-sovet imperiyasının qondardığı bir ifadə olub. Və Kreml həmin adla muxtariyyət yaratmaqla, üstəlik, ona bitişik “Şaumyan rayonu” da təşkil etməklə Azərbaycanın daxilinə on illər sonraya hesablanmış gecpartlayan “mina” qoyub ki, bu gün ondan 30 ilə yaxındır çox tülkücəsinə yararlanır. Biz də bu birləşməni, eləcə də "münaqişə" terminini işlətməklə məhz həmin imperiya siyasətinin “dəyirmanı”na su tökürük...
скачать dle 12.1