Bia.Az

MƏHSƏTİ MUSA – Nazirrikdə işdiyən əmim heeey!

KÖŞƏ YAZARLARI
 15-05-2023, 17:59     2 292

Dur, ay ataaa, duuur… Əmim gəlmiyincə səni basdırmağa qoymaram, oooy, ataaa! Nazirrikdə işdiyən əmimə nə deyəjəm məəən? Nə deyəjəm Rəhman əmiməəəə?
– Ay kadınnar, zəhmət olmasa durun, çıxın, meyiti götürək.
– Bəs əmiiim? Ayə, nazirrikdə işdiyən əmimə nə cavaf verəjəm məəən?
– Mama, bəsdi dana, dur kənara…
– Ə, Rəhman əmim gəlir eey.
– Ay mama, gün qızır, istidi, saxlamaq olmaz!
– Oooy, ay Rəhman əmiii, ay nazirrikdə işdiyən əmiiim…
 Qonşu Şərəfnisə  çaş-baş halda ağzını haya gəlmiş Zibeydənin qulağına tutur:
– Azz, bura bax ey, ölən Rəhmandı, yoxsa Bəhram?
– Azz, Bəhramdı. Rəhman  nəəəzir, odeey Bakıdadı…
– Bəs bu niyə Rəhmanı ağlıyır?
– Azz, Rəhmanı ağlamır eey, çağırır
– Boy, ətin ərisin sənin…
                                                         ***
          –  Oooy, nəslimizin ağsakqalı, oooy nəslimizin ən ağıllı, ən yaraşıxlı kişisi, oooy Rəhman əmiiiim!
         – Eeeh, ay mamaa, bir kiri dana, Rəhman əmin hələ heş Bakıdan çıxmıyıf…
                                                         ***
  “Allahu Əkbər”
– Ay Rəhman əmim heeeey
əl Həmdu liləhi rabbi-l-aləmin,
– Nazirrikdə işdiyir eey, nazirrikdə işdiyir Rəhman əmiiim!
ər Rahməni-r nazirriik… Əstafurullah, ay Südabə bajı, imkan ver dana. Belə olmaz axı… Məni də karıxdırırsan axı…
– Ay axund, ciyərim yanır eeey, ciyərim
– Ə, buna su verin!
– Heylə yanmır eeey, əmim nətəəər dözəjəh bu dərdə? Onu fikirrəşməhdən ölləm. Yazıx əmiiim, can əmiiim. Nazirrikdə işdiyən əmim, ooooy! 
                                                         ***
Alo… hə… Nətəəər? Ay daaa… Deməh gələ bilmiyəjəh?
– Kimdəəə o?
– Rəhman əminin oğludu, ay mama. Deer özümüz sizə demirdih. Atam maşını vuruf, nazir də  özünə ayrı sürücü götürüf deyə bunu çıxardıf. Kişi nasazdı, büyün  gələ bilmiyəjəh…
– Nəəəə? Nazirrikdəki işdən çıxıf? Uyyy, ay ataaa, ay ataaa, məni tək qoyuf hareeetdin, ay ataaa… Mən sənsiz nağayrajam, ay ataaa. Sənnən başqa məəm kimim var, atam ooooy, atam uuuuy. Azz, toooba yuxusun görmüşdüm eeey. Gördüm bir  yaşıllığın içində ağ paltarrı, ağ saşdı  kişidi, üzü o tərəfə gedir, gedir, gedir  arada çönüf maaa baxır, gülümsüyür. Özü də nətəər nur saçır. Həyəcannan əsim-əsim əsirəm. Boy, birdən  görürəm ki, elə bu kişi atamdı… Oy, mənim  nurru atam! Oy, mənim cənnətdih atam, oooy!скачать dle 12.1