Bia.Az

Ermənistanın inflyasiya statistikası

İqtisadiyyat
 4-08-2022, 11:42     28

2022-ci ilin iyulunda Ermənistanda istehlak qiymətləri ötən ilin eyni ayına nəzərən 9,3 faiz yüksəlib. Novator.az-ın məlumatına görə, ölkənin Statistika Komitəsi ərzaq məhsulları üzrə inflyasiyanı 13,7 faiz göstərir.


Rəsmi açıqlamada meyvənin 21,7 faiz, çörək və taxıl məhsullarının 20,6 faiz, süd məhsulları, pendir və yumurtanın 12,7 faiz bahalaşdığı, ət məhsulları ilə qəhvə, çay və kakaoda qiymət artımının 12 faiz olduğu vurğulanır.


Hesabata əsasən, mineral su və bulaq suyu 8,6 faiz, balıq və dəniz məhsulları 8,3 faiz, şəkər, bal və şirniyyat 7,7 faiz, yağ və piylər 6,1 faiz bahalaşıb.
скачать dle 12.1