Bia.Az

Türkiyədə qiymətlər sürətlə artır: İnflyasiya ən yüksək həddə çatdı

İqtisadiyyat
 3-08-2022, 17:47     388

Türkiyədə iyul ayında inflyasiya son 24 il ərzində ən yüksək həddə çatıb – 79.6 faiz olub. Qiymət artımı milli valyuta olan lirənin getdikcə daha da dəyərdən düşməsinə səbəb olur.

Bizimyol.info xəbər verir ki, inflyasiyanın yuxarı olması, lirənin dəyər itirməsilə yanaşı, həm də enerji daşıyıcıları və əmtəələrin bahalaşmasına gətirib çıxarır.
“Capital Economics”in inkişaf etməkdə olan bazarlar üzrə baş iqtisadçısı Ceyson Tuvi hesab edir ki, Türkiyədə inflyasiya yaxın bir neçə ay ərzində indiki həddə yaxın olacaq. Yəni inflyasiyanın səviyyəsi yüksək olacaq. Onun sözlərinə görə, indiki durumda əsas risk milli valyutanın ucuzlaşmasıdır.
“Türkiyədə illik inflyasiya 1998-ci ilin sentyabrında 80,4 faizə çatmışdı. Ondan sonra ötən müddətdə builki rəqəm ən yüksək həddir”,- iqtisadçı belə deyib.
Qeyd edək ki, qardaş ölkədə inflyasiya ötən ilin payızından sürət yığmağa başlayıb. O zaman prezident Rəcəb Tayyib Ərdoğanın irəli sürdüyü yumşalma siyasətinin tərkib hissəsi olaraq Türkiyənin Mərkəzi Bankı əsas faiz dərəcəsini 500 baza bəndi üzrə aşağı salmışdı – 14 faiz.
Ölkənin statistika qurumundan verilən məlumata görə, inflyasiya həddi bir ay öncə 78.62 faiz olub. Təkcə bir ay ərzində istehlak qiymətlərində artım 4,95 faizə çatıb.
Rəcəb Tayyib Ərdoğan

 Rəcəb Tayyib ƏrdoğanBir sıra beynəlxalq iqtisadçı ekspertlər prosesin bu şəkildə inkişafına görə Rəcəb Tayyib Ərdoğanın məsuliyyət daşıdığını iddia edir. Ekspertlərin fikrincə, Türkiyə prezidenti peşəkar iqtisadçıların fikrini qəbul etmir, yalnız öz siyasətinə güvənərək addım atır. Ekspertlər vurğulayır ki, Mərkəzi Bankın işini ancaq bu sahədə bilik və təcrübəsi olan peşəkarlar həyata keçirə bilər.скачать dle 12.1