Bia.Az

Maaşları artıran qanunlar imzalandı

İqtisadiyyat
 30-07-2022, 14:12     359

Prezident İlham Əliyev parlament deputatının statusu, Konstitusiya Məhkəməsi, məhkəmələr və hakimlər, Hesablama Palatası, insan hüquqları üzrə müvəkkil (ombudsman) qanunlarında yenilikləri imzalayıb.

Novator.az bildirir ki, Milli Məclis sədrinin, Konstitusiya Məhkəməsi sədrinin və Ali Məhkəmə sədrinin vəzifə maaşları 3550 manat, Hesablama Palatasında sədrin vəzifə maaşı 3150, sədr müavininin vəzifə maaşı 2800, auditorların vəzifə maaşı 2625 manat olur, ombudsmanın vəzifə maaşı 3060 manat müəyyən edilib.

Qanunlar vəzifə maaşlarına əlavələri də nəzərdə tutur.

İyulun 29-da həmçinin sərəncam imzalayan dövlət başçısı baş prokurorun aylıq vəzifə maaşını 3260 manat məbləğində müəyyən edib.скачать dle 12.1