Bia.Az

“Türkiyə Qara dəniz ixrac sazişinin uğurunu gücləndirməyə çalışır” - Ukraynanın XİN başçısı

İqtisadiyyat
 29-07-2022, 09:39     321

“Türkiyə hesab edir ki, taxıl sazişinin imzalanması Ukrayna və Rusiyanı dialoqa apara bilər. Bu yolla Ankara Qara dəniz ixrac razılaşmasının uğurunu gücləndirməyə çalışır”.

“Report” “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitro Kuleba bildirib.

"Bu, sadəcə olaraq, Türkiyənin hələ işə salınmamış taxıl dəhlizinin yaradılmasında uğurun üzərində dayanmaq istəyidir, baxmayaraq ki, Ukrayna bunun işləməsi üçün hər şeyi edir. Ona görə də onlar, şübhəsiz ki, danışıqlara çalışırlar", - nazir vurğulayıb.

O, eyni zamanda qeyd edib ki, Rusiya tərəfi danışıqlar prosesini bərpa etmək üçün səmimi istək nümayiş etdirmir.

Xatırladaq ki, bir müddət əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “taxıl dəhlizləri” ilə bağlı razılaşmanın Rusiyanın Ukraynaya qarşı müharibəsini danışıqlar yolu ilə bitirmək şansını artıra biləcəyini qeyd edib.скачать dle 12.1