Bia.Az

2022-2026-cı illər üzrə strategiya təsdiqləndi

İqtisadiyyat
 25-07-2022, 01:23     331

İyulun 22-də prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası”nı təsdiqləyib. Sərəncama görə, strategiyada nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini, icrasına nəzarəti və hesabatlılığını Nazirlər Kabineti həyata keçirəcək. Nazirlər Kabinetinə strategiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər, o cümlədən strategiyada nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə iki dəfə prezidentə məlumat vermək; icrası davam etməkdə olan konsepsiya, strategiya, dövlət proqramı, milli fəaliyyət planları və bu kimi digər sənədlərin strategiya ilə əlaqələndirilməsi istiqamətində tədbirlər görmək tapşırılıb.

Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirməlidir.

Novator.az bildirir ki, 2016-cı ildə yaradılan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin əsas missiyası təhlil və tədqiqatlar aparmaqla iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzun müddətli dövr üçün proqnozlar hazırlamaq, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdir.

Qurumun icraçı direktoru postunu Vüsal Qasımlı tutur.

İyulun 22-də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Müşahidə Şurasının bu tərkibi təsdiqlənib: sədr – baş nazir, üzvlər – prezidentin köməkçisi, Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri; prezidentin köməkçisi, Prezident Administrasiyasının iqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri; birinci vitse-prezidentin iki köməkçisi; iqtisadiyyat, maliyyə, əmək və əhalinin sosial müdafiəsi nazirləri; Mərkəzi Bankın sədri; Dövlət Neft Fondunun İcraçı direktoru.скачать dle 12.1