Azərbaycanda “Aİ-95” markalı benzin yenidən bahalaşdırılır?
Azərbaycanda "Aİ-95" markalı benzinin qiymətinin qalxacağı gözlənilir. Bu barədə Haqqın.az məlumat yayıb.
Benzinin qiymətinin qalxmasına səbəb kimi dünya enerji bazarındakı volatillik göstərilir.
Qeyd edək ki, hazırda “Azeri Light” markalı neftin 1 barelinin qiyməti 120 dollar ətrafında dəyişir.
Ancaq Azərbaycan neft emal edən ölkə olduğundan daxili bazarda neftdən alınan müxtəlif məhsulları – dizel və benzinin müxtəlif markalarına görə qiymətləri sabit saxlamaq imkanı var.
Bu baxımdan son bir ildə iki dəfəyə yaxın bahalaşan "Aİ-95" markalı benzinin qiymətini də hökumətin sabit saxlaması mümkün və arzuolunandır. Çünki qiymət artımı əvvala, əhalinin onsuz da ağırlaşan sosial vəziyyətinə mənfi təsir göstərəcək. İkincisi, bu qərar, istər-istəməz digər məhsulların da qiymətinin artmasına və infilysiyanın dərinləşmsinə səbəb olacaq.
Ekspertlər də hesab edir ki, neft və neft məhsullarının kəskin bahalaşması dünya iqtisadiyyatında növbəti tənəzzülə səbəb ola bilər.