Bia.Az

Avropada əhali qazı neçəyə yandırır?

İqtisadiyyat
 20-11-2021, 13:25     348

Azərbaycanda təbii qazın 1000 kubmetri əhaliyə istehlakdan asılı olaraq 120 manat (75 dollar), 200 manat (117 dollar) və 250 manata (147 dollar) satılır.

Rusiyanın “RİA Novosti” agentliyinin apardığı araşdırmaya görə, 2021-ci ildə Qazaxıstanda əhaliyə satılan qazın 1000 kubmetrinin orta qiyməti 58 dollar, Rusiyada 88 dollar, Belarusda 146 dollar, Türkiyədə 214 dollar, Moldovada 306 dollar, Latviyada 353 dollar, Litvada 373 dollar, Ukraynada 390 dollar olub.

Böyük Britaniyada əhaliyə satılan 1000 kubmetr qazın orta qiyməti 609 dollar, Almaniyada 783 dollar, Fransada 949 dollar, İspaniyada 1124 dollar, İtaliyada 1133 dollar göstərilir.

Məlumata görə, 2021-ci ildə Avropada əhaliyə satılan təbii qazın ən yüksək orta qiyməti İsveçdə qeydə alınıb: 1376 dollar.скачать dle 12.1