Bia.Az

İRANDA XUDAFƏRIN İSTERİKASI... - 500 manatlıq əskinazımız qonşu ölkədə niyə qıcıq yaradıb?

İqtisadiyyat
 18-11-2021, 11:48     16

Azərbaycanın Zəfər günü münasibəti ilə dövriyyəyə buraxdığı 500 manatlıq əskinaz İranda birmənalı qarşılanmayıb.

Beləki, bir sıra xəbər portalları Xudafərin körpüsünün İranın milli sərvətləri siyahısına salındığını və bu addımın onların milli-mənəvi dəyərlərinə hörmətsizlik olduğunu iddia ediblər.

Politoloq Nəsimi Məmmədli "AzPolitika.info"ya bildirib ki, İranın bu narahatlığı əsassızdır: "Çünki Xudafərin körpüsü Azərbaycanın tarixi və milli abidələrindən biridir. Bu, bizi İranda yaşayan soydaşlarımızla bağlayan ortaq tarixi bir dəyərdir. Mediada bu kimi iddiaların səslənməsi, İran dövlətinin faktiki olraq Azərbaycanın fəaliyyətində hansısa neqativlər axtarmsından irəli gəlir. Eyni zamanda bu neqativlərdən öz cəmiyyətində Azərbaycana qarşı təbliğat formalaşdırmaq niyyəti güdülür".

Tarix üzrə fəlsəfə doktoru, dosent, AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin rəhbəri Elnur Kəlbizadə isə "AzPolitika.info"ya bildirib ki, İran mətbuatında bu mövzuyla bağlı iddiaların məntiqi yoxdur: "İran media orqanları müxtəlif siyasi qüvvələrə yaxınlılqarıyla seçilirlər. Bu barədə rəsmi açıqlama verilməsə də, medianın Xudafərin körpüsündən narahatlığının heç bir məntiqli izahı yoxdur".


E.Kəlbizadə qeyd edir ki, Xudafərinin hansı ölkəyə aid olması, medianın iradları və İranda yaranan qıcıq əbəs yerədir: "Məsələyə bu prizmadan baxsaq, onda İran pullarının üzərində Səudiyyə Ərəbistanına aid Kəbənin şəkli əks olunub. Deməli, Səudiyyə Ərəbistanıda idda etməlidir ki, İran onların mənəvi dəyərlərinə təcavüz edib? Yaxud, Azərbaycan şairlərinin dəfn olunduğu Təbrizdəki "Şairlər məqbərəs"nin şəkli 20 minlik İran rialının üzərində əks olunub. Onda Azərbaycan idda etsin ki, bu abidə bizə məxsusdur? İran mediasının bu düşüncəsi yanlışdır".
Onun sözlərinə görə, Xudafərin körpüsünün yerləşdiyi coğrafi şərait çox qarışıqdır: "Vaxtilə İran-Sovet sərhədində olması da abidənin vəziyyətinə mənfi təsir edib. Hətta abidəyə qarşı məqsədyönlü şəkildə baxımsızlıqla bağlı iddialarda var".

Politoloq İlyas Hüseynov "AzPolitika.info"ya bildirib ki, bu əskinasların dövriyyəyə buraxılması heç kimi narahat etməməlidir, xüsusən də İranı: "Qarşı tərəfin bu istiqamətdə iddialar irəli sürməsi əsassızdır və bu fikirlərə son qoyulmalıdır. Azərbaycan 44 günlük müharibədə qazandığı uğuru qeyd edir.Bu səbəbdən, əskinasın üzərində bir sıra elementlər əks olunub. Azərbaycan İranla dostluq əlaqələrinin qurulmasında maraqlıdır. Lakin bizim bu xoş münasibətimiz başqa bir formada şərh olunmamalıdır. İran da çalışmalıdır ki, qarşılıqlı fəaliyyətə əsaslanan əlaqələr qursun. Əksinə, bir elementə görə bu kimi çağırışların edilməsi ikitərəfli münasibətləri kölgə altında qoyur və dövlətlər arasında yaranmış münasibətləri zədələyir".
Xatırladaq ki, Qarabağdakı qondarma cinayətkar rejimin milli valyuta kimi 2004-cü ildən dövriyyəyə buraxdığı "10 arstax dramı"nın üzərində də məhz Xudafərin körpüsünün şəkli əks olunub. Amma nədənsə İran mediası bu addımı milli-mənəvi dəyərlərə hörmətsizlik kimi qiymətləndirməyib.скачать dle 12.1