Bia.Az

Yol və düzgün yol

İqtisadiyyat
 16-11-2021, 12:05     339

İqtisadçı alim, ADR Partiyasının sədri Qubad İbadoğlu verginin əmlak hesabına tutulması qaydasında yenilik təşəbbüsünə münasibət bildirib. Novator.az-ın məlumatına görə, o yazır: “Hökumətin Vergi Məcəlləsinə və “İcra haqqında” qanuna təklif etdiyi dəyişikliklər vergi borcunun məcburi alınması üsulu kimi siyahıya alınmış əmlakın hərrac qaydasında satılması qaydasını yeniləyir. Dəyişikliklər rəsmiləşsə, məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra həmin aktın icrasını, yəni vergi ödəyicisinin siyahıya alınmış əmlakının satışının təşkilini icra məmurları deyil, vergi orqanları həyata keçirəcək.

Vergi orqanına dəyəri 5000 manatadək olan daşınar əmlakların ticarət şəbəkələrində satışını həyata keçirmək imkanı vermək də nəzərdə tutulur. Hərracın təşkilatçısı qismində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracın Təşkili üzrə Auksion Mərkəzi çıxış edəcək”.

Dövlət Vergi Xidməti İqtisadiyyat Nazirliyinin strukturuna daxildir.

Qubad İbadoğlu qeyd edir ki, vergi borcunun hesablanması, məhkəmə iddiasının qaldırılması, icraya yönələn qətnamə üzrə əmlakın hərracının təşkilinin eyni mərkəzdən idarə olunması maraqlar toqquşması yaradır, İqtisadiyyat Nazirliyinin hökmranlığını daha da gücləndirir:

 “Bu Ədliyyə Nazirliyinin korrupsiya bulaşmış icra orqanının prosesdən kənarlaşdırılması üçün yaxşı alternativ sayıla bilməz. Ən düzgünü bütün sahələrdə korrupsiyanı aradan qaldırmaq və inhisarçılığa son qoymaq, rəqabəti dəstəkləməkdir”.скачать dle 12.1