Bia.Az

Ən yeni sosial-iqtisadi göstəricilər

İqtisadiyyat
 15-11-2021, 09:34     322

2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 71 milyard 589 milyon manatlıq, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Novator.az-ın məlumatına görə, hesabatı yayan Dövlət Statistika Komitəsi bildirir ki, iqtisadiyyatın neft-qaz sektoru 2,6 faiz, qeyri neft-qaz sektoru 5,9 faiz böyüyüb.

Əhalinin hər nəfərinə düşən ÜDM 7148 manat göstərilir.

Başqa rəsmi açıqlamaya əsasən, oktyabrın 1-nə Azərbaycan iqtisadiyyatında 1 milyon 699,3 min nəfər muzdla çalışıb, işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin yanvar-sentyabr aylarına nəzərən 2,3 faiz artaraq 723,2 manat olub.

Həmçinin qeyd edilir ki, yanvar-oktyabr aylarında istehlak qiymətləri 2020-ci ilin on ayına nisbətən 5,7 faiz artıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları 6,7 faiz, qeyri-ərzaq məhsulları 4,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər 5 faiz bahalaşıb.

Yanvar-oktyabr aylarında pərakəndə ticarət dövriyyəsinin 2020-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,9 faiz artdığı vurğulanır.

Başqa bir hesabata görə, yanvar-sentyabr aylarında xarici ticarət dövriyyəsi 2020-ci ilin doqquz ayı ilə müqayisədə faktiki qiymətlərlə 29,9 faiz artıb, real ifadədə 3,2 faiz, o cümlədən idxal 12,2 faiz azalıb, ixracda 3,9 faizlik yüksəlmə qeydə alınıb.скачать dle 12.1