Bia.Az

11 noyabr qiyməti

İqtisadiyyat
 11-11-2021, 16:39     334

Energetika Nazirliyinin 11 noyabr məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 86,04 dollara satılır. Bu, büdcə qiymətindən 46,04 dollar yuxarı qiymətdir.

Azərbaycanın 2021-ci il büdcəsində bir barrel neftin qiyməti 40 dollardan götürülüb. “AzəriLayt” yanvara 50,92, fevrala 56,68, marta 65,66, aprelə 64,25, maya 66,55, iyuna 70,57, iyula 75,95, avqusta 73,48, sentyabra 72,21, oktyabra 80,44, noyabra 87,08 dollarla başlayıb.


Gündəlik xam neft hasilatı yanvar və fevralda 593 min barrel, martda 592,1 min barrel, apreldə 594 min barrel, mayda 586 min barrel, iyunda 610 min barrel, iyulda 606 min barrel, avqustda 596,1 min barrel, sentyabrda 586,2 min barrel göstərilib.

Beynəlxalq razılaşma dekabr ayından Azərbaycana gündəlik xam neft hasilatını 654 min barrelə çatdırmaq imkanı verir.
скачать dle 12.1