Bia.Az

Büdcə zərfində nələr var?

İqtisadiyyat
 10-11-2021, 18:04     341

Maliyyə Nazirliyi 2022-ci ilin büdcə zərfinin layihələrini açıqlayıb. Novator.az bildirir ki, dövlət büdcəsi layihəsində 26 milyard 816 milyon manat gəlir, 29 milyard 879 milyon manat xərc nəzərdə tutulur.

Dövlət Sosial Müdafiə Fondunun büdcə layihəsində gəlirlər və xərclər 5 milyard 306,7 milyon manat göstərilir.

İşsizlikdən sığorta fondunun büdcə layihəsində də gəlirlərlə xərclər eynidir: 180,3 milyon manat.

2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar ucun 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilir.

Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının həddini 200 manat məbləğində təsdiqləmək planlaşdırılır.скачать dle 12.1