Bia.Az

Gürcüstan bir ildə necə bahalaşıb?

İqtisadiyyat
 7-11-2021, 12:17     333

Gürcüstanın illik inflyasiya rəqəmləri açıqlanıb. Novator.az bildirir ki, Milli Statistika Xidmətinin hesabatına görə, 2021-ci ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 12,8% artıb.

Ərzaq məhsulları və spirtsiz içkilər üzrə illik inflyasiya 18,4% göstərilir, tərəvəzin qiymətində 43%, bitki yağı və piylərin qiymətində 31,6%, çörək və un məmulatlarının qiymətində 19,4%, süd məhsulları və yumurtanın qiymətində 18,2%, şəkər və şirniyyat məhsullarının qiymətində 18%, balıq və dəniz məhsullarının qiymətində 16%, ət və ət məhsullarının qiymətində 11,2%, meyvənin qiymətində 9,3% yüksəlişin qeydə alındığı vurğulanır.

Statistikaya əsasən, nəqliyyat sektoru 19,6%, kommunal xidmətlər 11,8%, mehmanxana və restoran sektoru 11,2%, səhiyyə sistemi 8,4% bahalaşıb.

Mənbə: 
Sputnik-georgia.ruскачать dle 12.1