Bia.Az

Qubad İbadoğludan Naxçıvan sualı

İqtisadiyyat
 3-11-2021, 03:08     344

2022-ci ilin dövlət büdcəsi layihəsində yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən 37 milyon 456 min manat ayırmaq proqnozlaşdırılır. 51 şəhər və rayon (Bakı, Gəncə, Lənkəran, Mingəçevir, Naftalan, Sumqayıt, Şəki, Şirvan, Yevlax, Abşeron, Ağcabədi, Ağdaş, Ağstafa, Ağsu, Astara, Beyləqan, Bərdə, Biləsuvar, Cəlilabad, Daşkəsən, Füzuli, Gədəbəy, Göyçay, Göygöl, Hacıqabul, Xaçmaz, Xızı, İmişli, İsmayıllı, Kürdəmir, Qazax, Qəbələ, Qobustan, Quba, Qubadlı, Qusar, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Samux, Siyəzən, Şabran, Şamaxı, Şəmkir, Şuşa, Tərtər, Tovuz, Ucar, Zaqatala) dotasiya almayacaq.

Novator.az-ın məlumatına görə, iqtisadçı, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu yazır ki, 2022-ci ildə Naxçıvan Muxtar Respublikasına 431,6 milyon manat, gəlirləri ilə xərclərini tənzimləyə bilməyən 14 rayona isə ümumilikdə 37,5 milyon manata yaxın dotasiya veriləcək: “Dotasiya alacaq rayonlar Ağdam, Balakən, Cəbrayıl, Goranboy, Xocalı, Xocavənd, Kəlbəcər, Qax, Laçın, Lerik, Oğuz, Yardımlı, Zəngilan və Zərdabdır. 2021-ci ilin büdcəsindən Naxçıvan Muxtar Respublikasına 378 milyon manat dotasiya ayrılıb, gələn il üçün dotasiya 53,6 milyon manat artırılaraq 431,6 milyon manata çatdırılır.

Naxçıvan Muxtar Respublikasının büdcəsi Azərbaycanın büdcəsindən də qapalıdır, şəffaf deyil, korrupsiya üçün əlverişlidir. Bəs onda nədən bu qədər büdcə vəsaitini Naxçıvanda hesabatsız xərcləyirik?

Niyə Naxçıvanın ildən ilə artan potensialından, inkişafından büdcəyə fayda yoxdur? Görəsən, Naxçıvandakı “Neqşicahan”, “Cahan”, “Gəmiqaya” holdinqləri muxtar respublikanın büdcəsinə ödənişlər edirmi, edirsə, bu pullar hara gedir?”скачать dle 12.1