Bia.Az

Pul bazası on ayda nə qədər artıb?

İqtisadiyyat
 3-11-2021, 02:59     306

Novator.az Azərbaycanın pul bazası statistikasına nəzər salıb.

Pul bazasına dövriyyədə olan pul vəsaitləri, habelə kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarında olan vəsaitlər daxildir.
Mərkəzi Bank 2021-ci ilin əvvəlinə pul bazasını 13 milyard 564,2 milyon manat göstərib.

Fevralın 1-nə pul bazası 12 milyard 782 milyon manata düşüb, martın 1-nə 12 milyard 863 milyon, aprelin 1-nə 13 milyard 315 milyon manata yüksəlib.

Mayın 1-nə 13 milyard 281,6 milyon, iyunun 1-nə 13 milyard 856,8 milyon, iyulun 1-nə 13 milyard 803 milyon, avqustun 1-nə 14 milyard 213,4 milyon, sentyabrın 1-nə 14 milyard 172,3 milyon, oktyabrın 1-nə 14 milyard 498,7 milyon manat pul bazası rəsmiləşib.

Noyabrın 1-nə pul bazasının həcmi 14 milyard 621,2 milyon manat olub. On aylıq artım 1 milyard 57 milyon manatdır.скачать dle 12.1