Bia.Az

Mehmanxana biznesi: gəlir 62,4 faiz artıb

İqtisadiyyat
 28-10-2021, 11:00     16

Dövlət Statistika Komitəsi mehmanxana və bu tipli müəssisələrin fəaliyyəti haqqında hesabat yayıb. Qeyd olunur ki, 2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan mehmanxanalarında gecələmələr 2020-ci ilin eyni dövrü ilə müqayisədə 66,3 faiz artıb: “Gecələmələrin 46,3 faizi Bakı, 8,8 faizi Xaçmaz, 8,5 faizi Qəbələ, 5,8 faizi Şabran, 5,7 faizi Quba, 4,4 faizi Lənkəran, 3,8 faizi Qusar, 2,7 faizi Naftalan, 1,8 faizi Qax, 1,7 faizi Şamaxıda, 1,4 faizi Naxçıvan Muxtar Respublikasında, 1,3 faizi Masallıda, 1,1 faizi Mingəçevirdə, qalanı digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 35 faiz azalıb.


Mehmanxanaların gəlirləri 2020-ci ilin doqquz ayına nəzərən 62,4 faiz artaraq 154,1 milyon manat olub”.
скачать dle 12.1