Bia.Az

Büdcə: gəlir haradan gəlir?

İqtisadiyyat
 28-10-2021, 10:56     14

Novator.az 2022-ci ilin dövlət büdcəsi layihəsində gəlir mənbələrinə nəzər salıb.
Layihədə 26 milyard 816 milyon manat gəlir nəzərdə tutulur, mənbələr belə sıralanır:
Dövlət Neft Fondundan köçürmə – 12 milyard 710 milyon manat
əlavə dəyər vergisi – 5 milyard 278,7 milyon manat
hüquqi şəxslərin mənfəət (gəlir) vergisi – 2 milyard 670 milyon manat
fiziki şəxslərin gəlir vergisi – 1 milyard 485 milyon manat
aksizlər – 1 milyard 266,8 milyon manat
gömrük rüsumları – 1 milyard 150 milyon manat
büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar – 760 milyon manat
dövlət rüsumu – 363,5 milyon manat
hüquqi şəxslərin əmlak vergisi – 236 milyon manat
sadələşdirilmiş vergi – 200 milyon manat
mədən vergisi – 142 milyon manat
yol vergisi – 116,5 milyon manat
səhmlərində dövlətin payı olan müəssisələrdən dividendlər – 106,5 milyon manat
Azərbaycanda istehsal edilən və qiymətləri tənzimlənən məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədəki topdansatış qiyməti arasındakı fərqdən yığımlar – 95,3 milyon manat
hüquqi şəxslərin torpaq vergisi – 46 milyon manat
vergi orqanlarının xətti ilə toplanan sair daxilolmalar – 21 milyon manat
dövlət əmlakının icarəsindən daxilolmalar – 16 milyon manat
dövlət mülkiyyətində olan torpaqların icarəsindən daxilolmalar – 9 milyon manat
xarici dövlətlərə verilmiş kreditlər üzrə daxilolmalar – 1,8 milyon manat
sair daxilolmalar – 141,7 milyon manat.
скачать dle 12.1