Bia.Az

ETHİ-də heyvandarlığın elmi inkişafı hansı yollarla həyata keçirilir? – Bir daha İnam Kərimovun menyusuna

İqtisadiyyat / Fakt
 28-09-2021, 15:27     22

Əvvəlki illərlə müqayisədə bu gün Azərbaycanda kənd təsərrüfatının inkişafını müasir dövrün tələbləri səviyyəsində stimullaşdırmaq üçün dövlət tərəfindən çox mühüm addımlar atılır. Əlbəttə Azərbaycanda ərzaq məhsullarına tələbat sahəsində idxaldan asılılığın minimuma endirilməsi üçün toxumçuluğun və heyvandarlığın da inkişaf etdirilməsinə dövlət dəstəyi bu gün ən vacib amillərdən biridir. Bu sahədə aparıcı qüvvə olan Kənd Təsərrüfatı Nazirliyi tərəfindən gördülən işlər son illərin ən aktual məsələləridir ki, nazir İnam Kərimovun rəhbərlik etdiyi qurumun fəaliyyəti dövrü mətbuatda,elektron kütləvi informasıya vasıtələrində və sosial şəbəkələrdə qabardılan müxtəlif səpkili neqativ hallar daha çox müzakirə obyektinə çevrilir.

Kənd Təsərrüfatı Nazirliyinə tabeli, müxtəlif sahələr üzrə ixtisaslaşdırılmış bir neçə Elmi-Tədqiqat İnstitutu da var ki, buradfa ölkəmizdə kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı nə kimi işlər görülür, bunları təbii ki, mütəxəsislər daha yaxşı bilir. Qeyd edək ki, kənd təsərrüfatında müxtəlif növ bitkilərin məhsuldarlığınin artırılması, yeni məhsuldar növlərin əldə olunması, ölkədə damazlıq heyvandarlığın inkişafı etdirilməsi, heyvandarlığın ayrı-ayrı bölgələrdə inkişaf perspektivləri məhz bu institutların fəaliyyət sahəsinə aiddir. Amma bu İnstitutlarda həqiqətən də kənd təsərrüfatının inkişaf etdirilməsi üçün elmi tədqiqatlar aparılırmı? Bunu da bu sahələr üzrə ixtisaslaşmış mütəxəsislər daha yaxşı bilər.

Aktualinfo.org öz səhifələrində Kənd Təsərrüfatı Nazirliyinə tabeli Elmi-Tədqiqat İnstitutlarının fəaliyyəti ilə bağlı bir neçə dəfə geniş, araşdırma məqalələr yayıb. Sözügedən məqalələrdə bir nazir kimi İnam Kərimovun diqqətinə dövlət budcəsindən maliyələşən bu institutlarda elmi tədqiqatlardan başqa bir çox gizli işlərin də görüldüyü barədə məlumatlar çatdırılıb. Bu yazıda isə gənc, islahatçı nazir İnam Kərimovun diqqətinə Kənd Təsərrüfatı Nazirliyinə tabeli Heyvandarlıq Elmi – Tədqiqat İnstitutunda baş verənənləri çatdıracağıq.

Kənd Təsərrüfatı Nazirliyinin sözügedən institutnda məbləğləri bəlli olmayan, müəmmalı, gizlin tender və kotirovka sorğuları keçirilir, dövlət vəsaitləri satınalmalar yolu ilə hara gəldi xərclənir. Heyvandarlıq Elmi – Tədqiqat İnstitutu Dövlət satınalmalarının rəsmi internet portalına son illər keçirdiyi kotirovka sorğuları barədə cəmi iki məlumat yerləşdirib.

Dəftərxana və təsərrüfat ləvazimatlarının alınması üzrə 11 995.6 manat məbləğində satınalma müqaviləsi 14.09.2021-ci il tarixdə fiziki şəxs Əliyev Ülfət Əbülfət oğlu ilə bağlanılması barədə elan verilib. Halbuki, kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 26.04.2021-ci ildən 21.05.2021 tarixinədək qəbul olunub.

Eləcə də bioloji aktivlərdən-damazlıq heyvanlara yemin alınması üzrə 19 934 manat məbləğində satınalma müqaviləsi 14.09.2021-ci il tarixdə fiziki şəxs Abbasov Ariz Zaməddin oğlu ilə bağlanılması barədə elan verilib. Halbuki, kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 07.06.2021- ci ildən 18.06.2021 tarixinədək qəbul olunub.

Sual yaranır. Heyvandarlıq Elmi – Tədqiqat İnstitutu may ayında keçirilmiş kotirovka sorğularının nəticələrini nə üçün sentyabr ayında elan edir, dövlət satınalmalarının rəsmi internet portalına 4 aydan sonra yerləşdirilmək qərarına gəlir.

Aktualinfo.org hələ sentyabrın 6-da Heyvandarlıq Elmi – Tədqiqat İnstitutunun Tender Komissiyasına keçirilməsi barədə elan verilmiş, lakin nəticələri açıqlanmayan kotirovka sorğuları barədə sorğu məktubu ünvanlamış və ətraflı məlumatlar istəmişdi. Amma sözügedən institutun Tender Komissiyası sorğumuza cavab vermək əvəzinə aprel ayında keçirdiyi kotirovka sorğularının nəticələri barədə məlumatları dövlət satınalmalarının rəsmi internet portalına sentyabrda yerləşdirilməklə gözdən pərdə asmağa çalışıb. Bəs yerdə qalan,2021-ci ildə elan olunmuş daha 7 kotirovka sorğularının nəticələri barədə məlumatlar? Məsələn ötən ilin dekabrında Kənd təsərrüfatı tenikasının, maşın və avadanlıqların, inventarın alınması alınması üzrə məlumatlar nə üçün ictimaiyyətdən gizlədilir? Bu satınalmalar üçün nə qədər dövlət vəsaiti ayrılıb və hansı şirkətlər qalib olublar? Bunlar nə üçün açıqlanmayıb?

Heyvandarlıq Elmi – Tədqiqat İnstitutu tərəfindən 2020-2021-ci illərdə keçirilmiş, lakin nəticələri barədə heç bir məlumat açıqlanmayan bəzi şübhəli kotirovka sorğularını diqqətinizə çatdırırıq:

Elmi-tədqiqat işləri üçün avadalıqların alınması üzrə 30.07.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Yem qatqıları üçün premikslərin alınması üzrə 30.07.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Tədqiqat üçün baytarlıq dərmanlarının alınması üzrə 30.07.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Predmentlərin alınması üzrə 30.07.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Bioloji aktivlərdən-damazlıq heyvanlara yemin alınması üzrə 07.06.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Dəftərxana və Təsərrüfat ləvazimatlarının alınması üzrə 26.04.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Kənd təsərrüfatı tenikasının alınması üzrə 08.12.2020-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Maşın və avadanlıqların alınması üzrə 03.12.2020-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

İnventarın alınması alınması üzrə 02.12.2020-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Qeyd edək ki, 2020-ci ildə Heyvandarlıq Elmi – Tədqiqat İnstitutunun Tender Komissiyası keçirmiş olduğu 20-dən çox kotirovka sorğularının nəticələri barədə Dövlət satınalmalarının rəsmi internet portalına heç bir məlumat yerləşdirməmişdir. Məlumatlardan da görsəndiyi kimi Heyvandarlıq Elmi – Tədqiqat İnstitutunun Tender Komissiyası yuxarıda göstərilən tarixlərdə kotirovka sorğularının keçirilməsi barədə elan versə də, keçirilmiş kotirovka sorğularının nəticələri barədə məlumatları bilərəkdən gizlətmiş, müqavilələrin bağlanması və ayrılan vəsaitlər barədə heç bir məlumat verməmişdir.

Burada qeyd etmək istərdik ki, elan olunmuş bu kotirovka sorğularının bəziləri Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən ləğv edilə bilər. Amma kotirovka sorğularının ləğv olunması barədə məlumatlar da Heyvandarlıq Elmi – Tədqiqat İnstitutunun Tender Komissiyası tərəfindən açıqlanmamaışdır. Bu isə yuxarıda qeyd etdiyimiz elan olunmuş kotirovka sorğusu prosedurlarında “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin ciddi şəkildə pozulmasından başqa bir şey deyildir.

Xüsusilə qeyd etmək istərdik ki, 2019-cu ildən sonra Heyvandarlıq Elmi – Tədqiqat İnstitutunun Tender Komissiyası tərəfindən keçirilmiş tender və kotirovka sorğuları barədə Dövlət satınalmalarının rəsmi internet portalına heç bir məlumat yerləşdirilməyib. Bu nə deməkdir? Bu ilk növbədə qanunların ciddi şəkildə pozulması deməkdir. Bəs buna kimlər rəvac verir? Təbii ki, İnstituta 2017-ci ildən rəhbərlik edən Mahir Hacıyev.

Mahir Hacıyev Göygöl rayonunda gözdən, gönüldən iraq bir kəndə oturub Azərbaycanda heyvandarlığın inkişaf etdirilməsinin, onun perspektivlərinin elmi tədqiqatını aparır. Amma hansı yollarla? Göründüyü kimi satınalmalara ayrılmış dövlət vəsaitlərini gizlətmək yolu ilə, bağlanmış müqavilələrdə saxtakarlıq hallarına rəvac verilməsi yolu ilə. Gənc, islahatçı nazır İnam Kərimov isə bütün bunları görmürmüş kimi.\Aktualinfo.org
скачать dle 12.1