Bia.Az

Büdcə qiymətindən nə qədər baha?

İqtisadiyyat
 8-07-2021, 10:44     354

İyulun 7-də “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 76,08 dollara təklif olunur. Bu, büdcə qiymətindən 36,08 dollar yuxarı qiymətdir.

Azərbaycanın 2021-ci il büdcəsində bir barrel neftin qiyməti 40 dollardan götürülüb. “AzəriLayt” yanvara 50,92, fevrala 56,68, marta 65,66, aprelə 64,25, maya 66,55, iyuna 70,57, iyula 75,95 dollarla başlayıb.

Energetika Nazirliyi gündəlik xam neft hasilatını yanvar və fevralda 593 min barrel, martda 592,1 min barrel, apreldə 594 min barrel, mayda 586 min barrel göstərib. Beynəlxalq razılaşmaya əsasən, Azərbaycan gündəlik hasilatı iyulda 620 min barrel həcmində saxlamalıdır. Hasilat kvotası qərarlarını əsas neft ixracçıları olan OPEK ölkələri (Anqola, Birləşmiş Ərəb Əmirlikləri, Ekvatorial Qvineya, Əlcəzair, İraq, İran, Konqo, Küveyt, Qabon, Liviya, Nigeriya, Səudiyyə Ərəbistanı, Venesuela) və qeyri-OPEK ölkələri (Azərbaycan, Bəhreyn, Bruney, Cənubi Sudan, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan) verir
скачать dle 12.1