Bia.Az

Ermənistanın nə qədər borcu var?

İqtisadiyyat
 6-07-2021, 13:25     334

Ermənistanın İqtisadiyyat Nazirliyi ölkənin dövlət borcu barədə açıqlama yayıb. Novator.az bildirir ki, 2021-ci ilin əvvəlinə dövlət borcu 8,1 milyard dollar göstərilir. Bu, ölkənin ümumi daxili məhsulunun 63,5 faizinə bərabərdir.

Hesabata əsasən, 2020-ci ilin əvvəlinə Ermənistanın dövlət borcu 6,8 milyard dollar, 2017-ci ilin əvvəlinə 5,4 milyard dollar, 2015-ci ilin əvvəlinə 4 milyard dollar, 2010-cu ilin əvvəlinə 2,9 milyard dollar, 2009-cu ilin əvvəlinə 1,7 milyard dollar olub.
Azərbaycanın Maliyyə Nazirliyi 1 yanvar 2021-ci ilə ümumi daxili məhsulun 20,7 faizinə bərabər – 8 milyard 821,5 milyon dollar xarici borc olduğunu açıqlayıb.


1 yanvar 2020-ci ilə Azərbaycanın xarici borcu 9 milyard 91 milyon dollar idi.


Əvvəlki illərə gəlincə, xarici borc 2011-ci ilə 3,8 milyard dollar, 2012-ci ilə 4,8 milyard dollar, 2013-cü ilə 5,7 milyard dollar, 2014-cü ilə 4,7 milyard manat, 2015-ci ilə 6,4 milyard dollar, 2016-cı ilə 6,8 milyard dollar, 2017-ci ilə 6,9 milyard dollar, 2018-ci ilə 9,3 milyard dollar, 2019-cu ilə 8,9 milyard dollar məbləğində göstərilmişdi.
скачать dle 12.1