Bia.Az

Orta maaş statistikası ACIQLANDI

İqtisadiyyat
 16-06-2021, 11:28     52

Dövlət Statistika Komitəsi 2021-ci il mayın 1-nə muzdlu işçilərin orta aylıq nominal əməkhaqqını 722,3 manat göstərib. Rəsmi hesabata görə, əməkhaqqı neft-qaz sektorunda 3209,2 manat, qeyri neft-qaz sektorunda 670,6 manat, dövlət müəssisələrində 629,3 manat, özəl müəssisələrdə 836,2 manat olub.

Novator.az bildirir ki, iqtisadi fəaliyyət növləri orta maaş baxımından belə sıralanır:
mədən sənayesi – 3167,5 manat;
maliyyə və sığorta fəaliyyəti – 2202,6 manat;
peşə fəaliyyəti, elmi və texniki fəaliyyət – 1208,9 manat;
informasiya və rabitə – 1165,7 manat;
dövlət idarəetməsi və müdafiə; sosial təminat – 951,1 manat;
nəqliyyat və anbar təsərrüfatı – 916,7 manat;
tikinti – 854,5 manat;
elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı – 753,9 manat;
emal sənayesi – 680 manat;
daşınmaz əmlakla əlaqədar əməliyyatlar – 658,9 manat;
turistlərin yerləşdirilməsi və ictimai iaşə – 564,8 manat;
su təchizatı, tullantıların təmizlənməsi və emalı – 548,7 manat;
istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət – 525,5 manat;
ticarət; nəqliyyat vasitələrinin təmiri – 525,4 manat;
təhsil – 522 manat;
əhaliyə səhiyyə xidməti və sosial xidmətlərin göstərilməsi – 514,4 manat;
inzibati və yardımçı xidmətlərin göstərilməsi – 440,9 manat;
kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq – 429,6 manat;
digər sahələrdə xidmətlərin göstərilməsi – 690,7 manat.
Ölkədə minimum maaş 250 manatdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqlamasına görə, 2021-ci ilin əvvəlinə muzdla çalışanların yarısı 343 manatdan çox, yarısı həmin məbləğdən az əməkhaqqı alıb.скачать dle 12.1