Bia.Az

Rusiyada 35, Qazaxıstanda 42 ədəd olduğu halda... – Niyə Azərbaycanda 1 dollara 7 maska almaq olur?

İqtisadiyyat
 29-03-2021, 14:41     63

"Xammalın xaricdən gətirilməsi və rəqəbət mühitinin olmaması belə vəziyyətin yaranmasına səbəb olub”.

Bu sözləri Sfera.az-a açıqlamasında  1 dollara Rusiyada 35, Qazaxıstanda 42 ədəd yerli istehsallı maska almaq mümkün olduğu halda, Azərbaycanda həmin vəsaitə vətəndaşı cəmi 7 ədəd maska ilə təmin etməyin mümkünlüyünün səbəblərinə toxunarkən iqtisadçı ekspert Natiq Cəfərli deyib:

"Azərbaycan yerli maska istehsalı üçün lazım olan xammalı xaricdən gətirir.  Halbuki bunun üçün yerli xammal var. Həmin maskalar pambıq liflərindən hazırlanır ki, Azərbaycanda da pambıq istehsal olunur. Ona görə hökumət çalışılmalı idi ki, istehsal üçün yerli xammaldan istifadə etsin. Lakin göründüyü kimi bunu etməyib. Bu mənada xammalın xaricdən gətirilməsi maskaların maya dəyərinə ciddi şəkildə təsir edib”. 

Həmsöhbətimiz qeyd etdi ki, Qazaxıstan və Rusiyada maska istehsalı ilə çoxsaylı şirkətlər məşğul olsa da, Azərbaycanda  bu sahə də inhisardadır: 
 
"Rəqabət mühitinin olmaması da belə vəziyyətin yaranmasına gətirib çıxarıb.  Qonşu Rusiya və Qazaxıstanda  onlarla maska istehsalçısı fəaliyyət göstərir.  Ölkəmizdə isə tək istehsalçı dövlətin yardımı ilə tikilən fabrikdir. Ona görə də rəqabət mühiti yoxdur deyə həmin şirkət bazara istədiyi qiyməti diktə edə bilir.  Bazar bağlı olduğundan  gömrük tarifləri və digər məsələlərlə əlaqədar xaricdən gətirilən maskaların da qiyməti baha başa gəlir.  Ona görə də ölkəmizdə digər qonşu dövlətlərlə müqayisədə maskaların da qiyməti kifayət qədər bahadır”.скачать dle 12.1