Bia.Az

Problemli kreditlər 24,4 milyon manat artıb

İqtisadiyyat
 29-03-2021, 14:19     535

Mərkəzi Bankın hesabatına görə, 2021-ci il martın 1-nə 917,5 milyon manat problemli kredit rəsmiləşib.

 Novator.az bildirir ki, bu, ilin əvvəli ilə müqayisədə 24,4 milyon manat çoxdur. Yanvarın 1-nə problemli kreditlərin həcmi 893,1 milyon manat idi.

Rəsmi statistikaya əsasən, 2015-ci ilin əvvəlinə vaxtında qaytarılmayan kreditin məbləği 976,3 milyon manat olub.

2015-ci il fevralın 21-də və dekabrın 21-də baş vermiş iki devalvasiya ilə ABŞ dollarının rəsmi kursu 0,7844 manatdan 1,5594 manata yüksəlib. Bu, problemli kreditlərin artımına rəvac verib.

2016-cı ilin əvvəlinə 1 milyard 508,5 milyon manat məbləğində problemli kredit qeydə alınıb.

2017-ci ilin əvvəlinin göstəricisi 1 milyard 472,6 milyon manat olub.

2018-ci ilin əvvəlinə ödəniş vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 626,7 milyon manat, 2019-cu ilin əvvəlinə 1 milyard 585 milyon manat göstərilib.

Prezident İlham Əliyevin 28 fevral 2019-cu il fərmanı fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bağlanmış kredit müqavilələri üzrə gecikən borclar üçün devalvasiya kompensasiyaları nəzərdə tutub. Fərmana əsasən, 2015-ci il fevralın 21-nə xarici valyutada olan əsas kredit borcu üzrə 1 ABŞ dollarına 25 qəpik, həmin il dekabrın 21-nə xarici valyutada əsas kredit borcu üzrə 1 ABŞ dollarına 60 qəpik kompensasiya ödənib.

2020-ci ilin əvvəlində ödəniş vaxtı keçmiş kreditlərin 1 milyard 273,1 milyon manat həddində olduğu açıqlanıb.скачать dle 12.1