Bia.Az

Neftsiz ixracın əsas ünvanları

İqtisadiyyat
 11-03-2021, 11:28     409

Dövlət Gömrük Komitəsinin hesabatına görə, 2021-ci ilin yanvar ayında Azərbaycan 146 milyon 58,3 min dollarlıq qeyri-neft məhsulu ixrac edib. Novator.az bildirir ki, Türkiyəyə 52,7 milyon dollarlıq, Rusiyaya 42,8 milyon dollarlıq, İsveçrəyə 10 milyon 45,5 min dollarlıq, Gürcüstan 6,4 milyon dollarlıq, Çinə 4,3 milyon dollarlıq ixrac qeydə alınıb.

Sonrakı 10 yerdə bu ölkələr qərar tutur:

ABŞ – 3,6 milyon dollar

İtaliya – 3,3 milyon dollar

Ukrayna – 3,2 milyon dollar

Almaniya – 2 milyon 36,5 min dollar

Böyük Britaniya – 1,9 milyon dollar

İran – 1,6 milyon dollar

Yaponiya – 1,3 milyon dollar

Qazaxıstan – 1 milyon 231,6 min dollar

Türkmənistan – 1 milyon 224,3 min dollar

Çexiya – 1,1 milyon dollar.

Digər ölkələrin payı 9,2 milyon dollar göstərilir.

BİA.AZ
скачать dle 12.1