Ağdamda 9 milyonluq tikinti tenderinin qalibi - MƏLUM OLDU

Qarabağ İqtisadi Rayonunda Bərpa,Tikinti və İdarəetmə Xidməti “Ağdam rayonu Sarıcalı kəndində tikintisi nəzərdə tutulan qeyri-yaşayış binaları (inzibati bina, klub-icma mərkəzi, məktəb, bağça və Bayraq meydanının) üzrə tikinti-quraşdırma işlərinin satın alınması” tenderinin nəticələrini elan edib.
Dia-az.İnfo xəbər verir ki, tenderin qalibi “Azman Holding” MMC olub.
Qalib şirkətə 9 116 399 manat ödəniləcək.
Qeyd edək ki, “Azman Holding” MMC 2017-ci ildə yaradılıb, nizamnamə kapitalı 100 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi İlham Əhmədov Musa oğludur. Hüquqi ünvanı AZ1003, Bakı Şəhəri Səbail Rayonu, Vüsal Və Elçin Hacıbabayevlər, ev 4c ünvanında yerləşir.