Bia.Az

Bu şirkət dərman satışı müqabilində 7,2 milyon manat - QAZANACAQ

İqtisadiyyat
 13-07-2024, 01:43     926

İnnovasiya və Təchizat Mərkəzi ““Şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramının icrası məqsədilə sərfiyyat malları"nın satın alınması” tenderinin nəticələrini elan edib.

Dia-az.İnfo xəbər verir ki, tenderin qalibi “Zeytun Pharmaceuticals” MMC olub.
Qalib şirkətə 7 237 655 manat ödəniləcək.

Qeyd edək ki, “Zeytun Pharmaceuticals” MMC 2014-cü ildə yaradılıb, nizamnamə kapitalı 4 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Bəhruz Şirəliyev Əvəz oğludur. Hüquqi ünvanı AZ1030, Bakı şəhəri Nizami rayonu, Oqtay Vəliyev, ev 21C ünvanında yerləşir.
скачать dle 12.1