Bia.Az

Kisəsi 2 manata: Soğan biznesi böyük ziyanda - AÇIQLAMA

İqtisadiyyat
 20-04-2024, 01:06     362

Tovuzlu fermerlər payızdan bəri 7 ay keçməsinə baxmayaraq, soğanlarını hələ də sata bilmirlər.

Fermerlərdən bəziləri hətta bankdan böyük miqdarda kredit götürüb soğan əkib, indi isə 100 tonlarla məhsul xarab olur. Gün ərzində yüz kiloqramlara soğanı zibilə atmalı olan fermerlər məcbur qalıb hazırda soğanın bir kisəsini hətta 2 manata satsalar da, alıcı tapa bilmirlər.

Maraqlıdır, soğanın kisəsinin bu qədər ucuz olmasına səbəb nədir?

Mövzu ilə bağlı fikirlərini “Cebhe.info”-ya açıqlayan iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, qış və yaz ayları üçün anbarlarda saxlanılan soğanlara vaxtında düzgün aqrotexniki qulluq göstərilməyib, ciddi səhvlərə yol verilib:

“Nəticəsində anbarlarda saxlanılan soğanlar xarab olub. Bildirim ki, ötən il soğanın yetişdirilməsin zamanı azotdan normadan artıq istifadə edilib. Qeyd edim ki, soğana azotu çox verəndə tez yetişir, böyüyür, eləcə də məhsuldarlıq yüksək olur. Amma onun uzun müddət saxlamaq mümkün olmur”.

Ekspert vurğulayıb ki, məhz soğanın tərkibində kimyəvi qatqıların olması insan sağlamlığı üçün də zərərlidir:

“Daha əvvəl də qeyd etdiyim kimi, soğana azotu çox verəndə məhsuldarlıq artır, amma bu insan sağlamlığı üçün zərərlidir. Sadəcə, fermerlər uzun illər ammonium sulfatdan və azotdan istifadə etdiyi üçün ona öyrəşiblər. Hazırda ammonium nitrat (selitra) fermerlərin ən çox istifadə etdiyi gübrədir. Nəticəd soğan həm tez yetişi, həm də tez xarab olur. Bu səbəbdən də Tovuzlu fermerlər bu cür böhranla qarşılaşıblar”.

Ekspert qeyd edib ki, soğanın tərkibinə kimyəvi qatqını fermerlər mütəxəssislərə müraciət edərək istifadə etsələr daha məqsədəuyğun olar:

“Fermerlərin çoxu necə gəldi soğan yetişdirirlər. Lakin belə etmək doğru deyil. Mütəxəssislərə müraciət etmək lazımdır. Ən azı onlardan məsləhət almalıdırlar. Nəticə etibarı ilə fermerlər bir qədər çox pul qazamaq xətrinə, belə addım atdıqları üçün özlərinə xeyli zərər vermiş oldular”.
скачать dle 12.1