Bia.Az

Şikayət edilən bankların taleyi necə olacaq? – “Mərkəzi Bankın belə siyahı yayması...”

İqtisadiyyat
 16-04-2024, 13:40     161

2024-cü il üzrə bankların şikayət indeksi açıqlanıb.

Açıqlanan siyahıya görə ən çox şikayət olunan bank “Bank of Baku” ASC, ən az şikayət olunan isə “Ziraat Bank Azərbaycan” ASC-dir. Ardıcıllıq isə belədir:

“Bank of Baku” ASC, “Bank VTB Azərbaycan” ASC, “ACCESSBANK” QSC, “Yapı Kredi Bank Azərbaycan” QSC, “Bank Avrasiya” ASC, “ExpressBank” ASC, “Unibank” ASC, “TuranBank” ASC, “Yelo Bank” ASC, “Rabitəbank” ASC, “Bank Respublika” ASC, “Azər-Türk Bank” ASC, “ASB Bank” ASC, “AFB Bank” ASC, “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Kapital Bank” ASC, “Xalq Bank” ASC, “Paşa Bank” ASC və “Ziraat Bank Azərbaycan” ASC.

Qeyd edək ki, məlumatı Azərbaycan Mərkəzi Bankı yayıb. Zaman-zaman banklarla bağlı belə siyahılar rəsmi və qeyri-rəsmi olaraq yayılır. Eyni zamanda, sosial şəbəkələrdə də bəzi banklarla bağlı kütləvi şikayətlər yayılır. Amma şikayət indekslərini səbəb göstərərək banklara qarşı hansısa sanksiyaların, qadağaların tətbiqi haqqında heç bir məlumat yoxdur. Bəs Azərbaycan Mərkəzi Bankının bu siyahısı bankların fəaliyyətində bu və ya digər formada hansısa dəyişikliyə yol açacaq?

İqtisadçı-ekspert Natiq Cəfərli mövzu ilə bağlı “Cebhe.info”-ya açıqlamasında deyib ki, Mərkəzi Bankın bu cür siyahı yayması düzgün deyil:

“Bu haqda dəfələrlə danışmışam".

Çünki Mərkəzi Bank requlyatordur. Ona görə də belə bir qurumun şikayətlər əsasında reytinq siyahısı hazırlaması doğru deyil. Ola bilər ki, hansısa bankın müştəriləri daha çoxdur və ona görə şikayətlər də artıqdır. Bu, sadə riyazi məntiqdir. Məsələn, “Bank of Baku”nun müştərisi çoxdur, ona nisbətdə şikayət də çox ola bilər. “Ziraat Bank Azərbaycan”ın isə müştərisi az olduğu üçün şikayətlər də azdır”.

Ekspert bildirib ki, yəni bu siyahı onların yaxşı və ya pis işlədiyinə dəlalət etmir:

“Ona görə də bu metedologiyanı doğru saymıram. Eyni zamanda, bu siyahı biznes subyektlərinin də imicinə zərər verəcək. Ümumiyyətlə, Mərkəzi Bank niyə belə bir siyahını yaymağa ehtiyac duyub, onun da izahını versələr, daha yaxşı olar”.
скачать dle 12.1