Bia.Az

Kredit faizləri niyə yüksəkdir? - AKTUAL

İqtisadiyyat
 21-02-2024, 17:00     346

"Kredit faizlərinin yüksək olması bir neçə amillə bağlıdır".

Bunu İqtisadiyyat.az-a açıqlamasında bank məsələləri üzrə ekspert Əkrəm Həsənov deyib.

Onun sözlərinə görə, əsas səbəb kredit vermək üçün cəlb edilən resursların bahalığıdır: "Yəni bank əmanətləri üzrə faizlər yüksəkdir. Biznesdə istənilən məhsulun satış qiyməti onun maya dəyərinə əsasən formalaşır. Yəni maya dəyərinin ucuzlaşması sahibkara məhsulun satış qiymətini də ucuzlaşdırmağa imkan verir. Maya dəyəri baha olduqda isə müştəriyə təklif edilən məhsul da bahalaşır".

Ekspert deyir ki, eyni vəziyyəti kredit məhsullarına da şamil etmək olar. Məsələn, bank əgər 10-12 faizlə əmanət cəlb edirsə, belə olan təqdirdə, o, krediti də yüksək faizlə verəcək.

Ə.Həsənov faiz dərəcəsinin çox olmasının digər səbəbini kreditin qaytarılmama ehtimalının yüksək olmasında görür: "Banklarda kredit riskinin çox olması faiz dərəcələrinin artırılmasına gətirib çıxarır. Bu gün ölkə iqtisadiyyatında risklərin, o cümlədən institusional risklərin yüksək olması verilən kreditlərin geri qayıtma ehtimalını aşağı salır. Bu da həm bankları vəsaitlərini sığortalamaq məqsədilə kredit faizlərini artırmağa vadar edir, həm də onların iqtisadiyyatı kreditləşdirmə marağını azaldır".
скачать dle 12.1