Bia.Az

Dünyada neft böhranı: "Azər Light"ın qiyməti artacaq? - Ekspert danışır...

İqtisadiyyat
 3-02-2024, 00:51     284

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.

Azərbaycan neftinin 1 barelinin qiyməti 0,22 ABŞ dolları, yaxud 0,26 % artaraq 86,5 ABŞ dolları təşkil edib.


Xatırladaq ki, Azərbaycanın 2024-cü ilin dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.


“Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb

Mövzu ilə bağlı "Sherg.az"a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycan neftinin qiyməti dünya birjalarında ayrıca müəyyənləşdirilmir:

"Bu daha çox brend markalı neftə bağlıdır. Azərbaycan nefti daha keyfiyyətli olduğu üçün brenddən baha satılır. Buna görə də dünya birjalarında neftin qiyməti hansı istiqamətə gedirsə, "Azeri Light" o istiqamətdə davam edir. Son zamanlar geosiyasi qarşıdurmanın artması, Husilərin hücumu, Qırmızı dəniz və Hörmüz boğazının ətrafında olan gərginlik neft qiymətlərini artırıb. Əgər neft qiymətlərinin artımı bu gərginlik fonunda davam edərsə, "Azər Light"ın da qiyməti artacaq. Gərginliyin azalması nəticəsində isə qiymətlərin aşağı düşməsinin şahidi olacayıq. Yəni"Azər Light" markalı neftin qiyməti dünya birjalarına uyğun olaraq müəyyənləşir və siyasi gərginliyə görə artım tendensiyası müşahidə edilir".
скачать dle 12.1