Bia.Az

Ticarət statistikası

İqtisadiyyat
 17-01-2024, 15:32     218

Dövlət Statistika Komitəsinin hesabatına görə, 2023-cü ildə Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 33 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 26 milyard manatlıq qeyri-ərzaq malları satılıb, xərclənən vəsaitin 51,6 faizi ərzaq məhsullarının, 4,4 faizi içkilər və tütün məmulatlarının, 14,3 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,2 faizi avtomobil benzini və dizel yanacağının, 4,6 faizi elektrik malları və mebellərin, 2,2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,1 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,6 faizi başqa qeyri-ərzaq mallarının payına düşüb.

Başqa bir rəsmi məlumata əsasən, Azərbaycanın hüquqi və fiziki şəxsləri 2023-cü ilin yanvar-noyabr aylarında 200 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 120 ölkəyə ixrac, 190 ölkədən idxal qeydə alınıb. 2022-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsinin faktiki qiymətlərlə 19,7 faiz, real ifadədə 4,8 faiz azaldığı, idxalın real ifadədə 5,1 faiz artdığı, ixracın 8,2 faiz gerilədiyi vurğulanır.скачать dle 12.1