Bia.Az

Makroiqtisadi göstəricilər - Hesabat

İqtisadiyyat
 17-01-2024, 15:30     211

Dövlət Statistika Komitəsi makroiqtisadi göstəriciləri yayıb. 2023-cü ildə kənd təsərrüfatının ümumi məhsulu 2022-ci illə müqayisədə 3 faiz artıb (heyvandarlıq məhsulları istehsalı 3,2 faiz, bitkiçilik məhsulları istehsalı 2,7 faiz).

Nəqliyyat sektorunda yük daşınması üzrə 5,3 faiz, sərnişin daşınması üzrə 18,7 faiz yüksəlişin rəsmiləşdiyi bildirilir.

İnformasiya və rabitə xidmətlərinin həcmində artım 16,3 faiz, əhalinin gəlirlərində artım nominal ifadədə 12,8 faiz, ictimai iaşə dövriyyəsində artım real ifadədə 15,2 faiz göstərilir.

Statistikaya əsasən, 2023-cü ildə dövlət büdcəsinə 35 milyard 574,8 milyon manat daxil olub, büdcədən 36 milyard 458,5 milyon manat xərclənib.

Hesabata görə, 2023-cü il dekabrın 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 23 milyard 618 milyon manat, əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 12 milyard 524,9 milyon manat olub.скачать dle 12.1